Məkkə şərifliyi


Məkkə şərifliyi (ərəb. شريف مكة‎) və yaxud Hicaz şərifliyi[1] — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş,[2] ancaq müstəqilliyini tam itirməmişdi.[2] Osmanlı imperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli[3] tərəfindən idarə edilirdi.

Şəriflik
Məkkə şərifliyi
ərəb. شريف مكة
Bayraq
Bayraq
Osmanlı İmperiyası tərkibində muxtar Məkkə şərifliyi
Osmanlı İmperiyası tərkibində muxtar Məkkə şərifliyi
 
 
968 — 1925

Paytaxt Məkkə
Dövlət dini Zeydi (Şiə) İslam
Sünni İslam (sonra)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir[2]. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir. Yerinə Hicaz vilayəti təşkil edilir. 1916-cı ildə Hüseyn bin Əlinin başçılığında ərəblərin üsyanı nəticəsində bölgə müstəqillik qazandı[4]Hicaz krallığı yaradılır[4].

Məkkə şərifləri

[redaktə | mənbəni redaktə et]


  1. Randall Baker (1979). King Husain and the Kingdom of Hejaz. The Oleander Press. p. 2.
  2. 1 2 3 "Hejaz (region, Saudi Arabia) -- Britannica Online Encyclopedia". 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
  3. Gerhard Böwering; Patricia Crone; Mahan Mirza (2011). The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. p. 190.
  4. 1 2 Francis E. Peters (1994). Mecca: A Literary History of the Muslim Holy Land. Princeton University Press. p. 397