Məkrli (film, 2010)

Məkrli (ing. Insidious) — 2010-cu ildə rejissor Ceyms Van tərəfindən çəkilmiş ABŞ istehsalı olan qorxu filmi.

Məkrli
ing. Insidious
Janr qorxu filmi[5][6][…], psixoloji qorxu[d], triller filmi, dram filmi, müəmma filmi
Əsas mövzu Paranormal hadisələrlə dolu ev, fövqəltəbiilik
Rejissor
Prodüserlər Ceyson Blam
Stiven Çeneyder
Oren Peli
Ssenari müəllifi Leiq Uannell
Baş rollarda Patrik Vilson
Rouz Bayrin
Lin Şaye
Barbara Herşi
Tay Simpkins
Operator
  • Con R. Leonetti[d]
Bəstəkar Cosef Bişara
Montajçı Ceyms Van[d]
İstehsalçılar Alliance Films
IM Global
Stage 6 Films
Blumhouse Productions
Distribütor FilmDistrict[d], Netflix
İlk baxış tarixi 14 sentyabr, 2010
(Toronto Beynəlxalq Film Festivalı)
1 aprel, 2011
(ABŞ)[1]
Müddət 102 dəq.
Büdcə 1.5 milyon dollar[2]
Gəlir 97 milyon dollar[3]
Ölkə ABŞ ABŞ[4]
Dil İngiliscə
İl 2010
Sonrakı film Məkrli: 2-ci fəsil
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya
IMDb ID1591095

Reney və Caş üç uşaqları ilə birgə yeni evə köçürlər. Bir müddət sonra onların oğlu Dalton özbaşına açılan və səslər eşitdiyi çardağın qırmızı rəngli qapısının şəklini çəkir. Çox qəribə səslər eşitməyə başlayır. Bir gün isə həkimlərin başa düşmədiyi komaya düşür. Bütün bədən funksiyalarının normal işləməsinə baxmayaraq oyana bilmir.

Üç ay xəstəxanada qaldıqdan sonra ailəsi onu evə aparmaq məcburiyətində qalır. Məhz bu vaxtdan sonra Reney səslər eşitməyə və qarabasmalar görməyə başlayır. Bir gecə Reney uşaq monitorunda yeni doğumuş körpəsi Kalinin otağında səslər eşidir, halbuki otaqda heç kim yoxdur. Birdən bir varlıq görən Reney qışqıraraq Caşı çağırır. Lakın o atağa daxıl olanda həmin varlıq yoxa çıxır. Daha sonra Reney Daltonun yatağında qan izləri tapır. Caşa bu barədə soruşduqda isə ona inanmır. Növbəti gecə evdə anormal hadisələr baş verir. Uşağın otağında səslərdən sonra evin bütün qapıları açılır və siqnalizasiya sistemləri işə düşür. Hər şey bir anda baş verir. Reney Caşı yeni evə köçməyə razı salır və onlar köçürlər.

Yeni evdə də hadislələr bitmir. Səhər vaxtı Reney evdə rəqs edən balaca oğlan görür. Caşın anası Lorrain görmüş olduğu yuxu barədə onlara danışır. Yuxusunda Daltonu görən Lorrain daha sonra bir kölgəni gördüyünü deyir. Nə istədiyini soruşanda isə kölgənin Daltonu göstərdiyini onlara deyir. Elə bu vaxt qırmızı bir bədheybəti Caşın arxasında görən Lorrain qışqıraraq qorxur. Bu vaxt isə Daltonun otağından sanki dava-dalaş səsləri gəlir. Otağa daxıl olduqdan sonra isə otağın tamamilə dağıldığını və Daltonun yerə yıxıldığını görürlər.

Lorrain evə anormal hadisələr haqqında bilən Elis Reiner və köməkçiləri Speks və Tukeri çağırır. Elis evi gəzərkən Daltonun otağında onun çəkdiyi rəsimləri görür. Xüsusilədə qırmızı üzlü həmin bədhehbəti hansıkı Lorraində görmüşdü.

Elis hər şeyi onlara başa salır. Daltonun komada olmadığını və astral səyahəti zamanı ruhunun bədənindən çox uzaqlaşdığını deyir. Ruhunun "Digər Dünya" adlı yerdə ilişib qaldığını deyən Elis oradan qayıtmağın asan olmadığını əlavə edir. Eyni zamanda bunun baş verməsinin səbəbi kimidə Caşı göstərir. (Caş 8 yaşı olduğu zaman onda da bu astral səyahət zamanı gözünə qəribə varlıqlar görünür və səslər eşidirdi. Elis xüsusi metodlarla ona hər şeyi unutduraraq buna son qoymuşdu). Elis onuda əlavə edirki yalnız Caş astral səyahət edərək onu tapıb geri qaytara bilər.

Lakin ondan əvvəl Elis köməkçilərinin köməyi ilə bir metoddan istifadə edərək Daltonun ruhu ilə əlaqə saxlamağa çalışır və bu alınır. Köməkçilərindən biri isə Daltonun dediklərini kağıza yazır. Bütün bunları yalnız Elis eşidir. Dalton bir yerdə olduğunu onu bağladıqlarını və çox qorxduğunu deyir. Daha sonra isə onu tapdıqlarını deyir. Bütün bunların olduğu vaxt birdən Daltonun ürək nəbzini ölçən cihaz dayanır. Reney və Caş dərhal qalxıb ora getmək istədikləri vaxt birdən Dalton gözləri yumulu halda düz yanlarında peydə olur. Əlini havaya qaldıraraq masaya vurduğu an birdən otaq bir-birinə qarışır. Naməlum iki varlıq peydə olur. Lakin Elis onları otaqdan qovmağa müvəffəq olur.

Növbəti gün xüsusi metod ilə Elis Caşı astral dünyaya göndərir. Ruhi dünyaya daxil olaraq burada oğlunu axtarmağa başlayan Caş əvvəlki evlərinə gedərək Daltonun çəkmiş olduğu qırmızə rəngli çardağın qapısını tapır. Lakin burada bir varlığın hücumuna məruz qalır. Elisin səsinin ona dediklərinin sayəsində onu dəf edərək otağa daxil olur və Daltonu yerdə tapır. Dalton atasını görərək çox sevinir. Caş onu oradan çıxartmağa çalışır. Onu azad edən Caş qayıtmaq istədikləri vaxt iblislərin hücumuna məruz qalırlar. Onlardan qaçmağa çalışırlar lakin onlarda onları təqib edirlər. Bu vaxt Caş yaşlı qadın görür. Hansıki uşaq ikən onun bədənini ələ keçirmək istəyirdi. Həmin qadın Caşın dəfələrlə ondan əl çəkməsini qışqırdıqdan sonra zülmətə qərq olur. Nəhayət Caş və Dalton bədənlərinə geri qayıdaraq öz evlərində oyanırlar.

Hər şeyin başa çatdığına görə çox sevinən ailə mətbəxdə söhbət edirlər. Elis və Caş isə qonaq otağındadırlar və Caş ona köməyə görə təşəkkür edir. Elis isə təşəkkürə ehtiyac olmadını deyir. Caş Elisə onun ona vermiş olduğu özünün uşaqlıq şəklini verir. Bu vaxt Elis Caşın şəkildəki barmaq izindəki qara ləkə görür. Caş nə olduğunu soruşduqda özünü sakit aparan Elis çantasından fotokameranı götürərək xəbəri olmadan Caşın şəklini çəkir. Caş isə bərk əsəbləşir və niyə belə etdiyini ona dəfələrlə qışqırır. Daha sonra hücum edərək onu boğmağa başlayır. Mətbəxdə olan digərlərinin isə heç nədən xəbərləri yoxdu. Lakin Reney səs eşitdiyini düşünür. Qonaq otağına daxil olarkən Elisi ölmüş halda görərək qışqırır. Bu vaxt kameranı görən Reney Elisin çəkdiyi son şəklə baxır. Şəkilə Caşın bədənindəki həmin yaşlı qadının əksi düşüb. Heyrətlər içərisində qalan Reney birdən Caşın səsini eşidir: "Reney, mən buradayam".

Film Reneyin diksinərək arxaya baxması ilə başa çatır.

  • Patrik Vilson — Caş Lambert
  • Rouz Bayrin — Reney Lambert
  • Lin Şaye — Elis Reyner
  • Tay Simpkins — Dalton Lambert
  • Barbara Herşi — Lorrain Lambert
  • Leiq Uannell — Speks
  • Anqus Sampson — Tuker
  • Andreu Astor — Foster Lambert
  • Heater Tokuiqni — Tibb bacısı Kelli
  • Korbett Tak — Tibb bacısı Adele
  • Ruben Pla — Həkim Serkarz
  • Con Henri Bander — Martin
  • Caş Feldman — Gənc Caş

Öz büdcəsinin 1 milyon dollar olmasına baxmayaraq qısa vaxt ərzində çox tamaşaçı kütləsi toplaya bilən film ilk həftədə 13 milyon dollar qazanıb.[9] Dünya üzrə ümumilikdə film 97,009,150 dollar gəlir qazandırıb.[9][10]

Ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

Məkrli filminin DVD diski "Sony Pictures Home Entertainment" tərəfindən 12 iyul 2011-ci ildə satışa çıxarıldı.[11] Diskdə filmdən silinmiş səhnələr də yer alıb.

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
İl Nəticə Mükafat kateqoriya Alan
2011 Qazandı Qorxulu Metr Mükafatı Ən Yaxşı Qorxu Filmi Ceyms Vann
Leiq Uannell
2011 Namizəd Qorxulu Metr Mükafatı Ən Yaxşı Rejissor Ceyms Vann
2011 Namizəd Qorxulu Metr Mükafatı Ən Yaxşı Aktrisa Rouz Bayrin
2011 Qazandı Qorxulu Metr Mükafatı Ən Yaxşı Köməkçi Aktrisa Lin Şaye
2011 Namizəd Qorxulu Metr Mükafatı Ən Yaxşı Ssenari Leiq Uannell
2011 Namizəd Saturn Mükafatı Ən Yaxşı Köməkçi Aktrisa Lin Şaye
2011 Namizəd 2011 Qorxu Mükafatı Ən Yaxşı Qorxu Filmi
2011 Namizəd 2011 Qorxu Mükafatı Ən Yaxşı Qorxu Aktyoru Patrik Vilson
2011 Namizəd 2011 Qorxu Mükafatı Ən Yaxşı Qorxu Aktrisası Rouz Bayrin

Növbəti seriyaları

Filmin davamı olan Məkrli: 2-ci fəsil 13 sentyabr 2013-cü ildə yayımlandı. 2011-ci ilin noyabr ayında Sony Pictures şirkətinin filmin 2-ci hissəsi üçün onlayn formada ad seçimininə başladığı bildirilmişdi.[12]

Filmin 3-cü seriası olan Məkrli: 3-cü fəsil filmi isə 5 iyun 2015-ci ildə yayımlanıb.

  1. "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  2. "Arxivlənmiş surət". 2012-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  3. "Arxivlənmiş surət". 2013-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  4. "Arxivlənmiş surət". 2014-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  5. http://www.nytimes.com/2011/04/01/movies/insidious-directed-by-james-wan-review.html?partner=rss&emc=rss.
  6. http://www.metacritic.com/movie/insidious.
  7. http://www.filmaffinity.com/es/film760103.html.
  8. http://www.imdb.com/title/tt1591095/.
  9. 1 2 "Arxivlənmiş surət". 2012-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  10. "Arxivlənmiş surət". 2012-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  11. "Arxivlənmiş surət". 2013-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  12. "Arxivlənmiş surət". 2012-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]