Məlahət İbrahimqızı

Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, VVI çağırış deputatı.[1][2]

Məlahət İbrahimqızı
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1958(1958-04-25) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məlahət Hacıyeva 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür[3].

1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda millət vəkili seçilmişdir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı "Şöhrət" ordeni ilə təltif olunub.[4]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[5]

2 övladı var. 2 nəvəsi var.

  1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  2. "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-14.
  3. "İbrahimgızı Məlahət İbrahim qızı". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
  4. "M. İbrahimqızının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
  5. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.