Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı.[1][2]
Məlahət İbrahimqızı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1958 (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür[3].
1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda millət vəkili seçilmişdir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı "Şöhrət" ordeni ilə təltif olunub.[4]
2 övladı var. 2 nəvəsi var.