Məmmədəli Novruzov

Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor

Məmmədəli Novruzov
Digər adı Məmmədəli Qıpçaq
Doğum tarixi
Doğum yeri Cəhri, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti türk
Elm sahəsi türkologiya
Elmi dərəcəsi professor
Elmi adı filologiya elmləri doktoru
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Elmi rəhbəri Fərhad Zeynalov
  • 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur.
  • 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
  • 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur.
  • 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur.[1]
  • 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.
  • 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
  • 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Bakı Dövlət Universiteti.
  • 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifidir.[1]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2008, Professor F. Zeynalov və onun elmi irsi. F. R. Zeynalov. Türk dillərinin müqayisəli qrammatikası I hissə (Fonetika, leksika, morfologiya), Bakı, 11s.
  • 2005, Türk dillərinin səs quruluşu (metodik göstəriş), Bakı, 32s.
  • 2004, Buqut abidəsinə dair qeydlər. Dədə Qorqud (elmi-ədəbi toplu), № 2, 30s. (Ə. Əsgərlə birlikdə).[1]
  • 1994, Türk dillərində hal kateqoriyası, Bakı, 152 s. (rus dilində).
  • 1996, Türk say sistemi, Bakı, 132s.
  • 1996, Türk savaş sənəti, Bakı, 176 s. (Ə. Əsgərlə birlikdə)
  • 2000, Kəmiyyət anlayışının dildə ifadəsi, Bakı, 453 s.
  • 2002, Söz aləminə səyahət, Bakı, 248 s.
  • 2005, Türk dillərinin səs quruluşu, Bakı, 32 s.[1]
  1. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.