Məmməd Çıraqov

Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor.

Məmməd Çıraqov
Məmməd Çıraqov İsa oğlu
Doğum tarixi 21 iyun 1938(1938-06-21)
Doğum yeri
Vəfat tarixi 15 fevral 2022(2022-02-15) (83 yaşında)
Elmi dərəcəsi
Təhsili
Elmi rəhbəri Xudu Məmmədov

21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir.

1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib. Beynəlxalq Kristalloqrafiya cəmiyyətinin üzvüdür. 2000-ci ildən RTEA akademikidir. Moskva Dövlət Universitetində namizədlik, Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.

Təhsili və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
  • 1969-cu ildə Moskva Dövlət Universitetində "Kanasit və delxayelit mineralların kristal quruluşu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 1989-cu ildə Leninqrad Dövlət Universitetində "Kalsium və nadir torpaq elementlərinin müqayisəli kristallokimyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Akademik Xudu Məmmədovun yetirməsidir.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Silikat və alümosilikatların kristallokimyası, mineralların və qeyri-üzvü birləşmələrin çevrilməsinin kristallokimyəvi aspektləri. Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi və s.

Elm fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1971-ci ildə Azərbaycan Dövlət Universitetində baş müəllim,dosent,professor kimi fəaliyyət göstərmişdir.1989 cu ildə Leninqrad Universitetində "Kalsium və nadir torpaq elementləri saxlayan silikatların müqayisəli kristallokimyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru olmuşdur. Məmməd İsa oğlu 1973-cü ildən Beynəlxalq Kristalloqrafiya cəmiyyətinin üzvüdür. Onun tərəfindən 30-dan çox mürəkkəb mineralın və onların sintetika analoqlarının quruluşu açılmış və nəticədə 25 yeni quruluş tipi və silisium oksigen radikalları müəyyənləşdirilmışdir. Bunların əsasında silikatların yeni təsnifatını vermişdir.İlk dəfə Məmməd Çıraqov kalsium və nadir torpaq elementlərinin yer qabığında paylanmasını kristallokimyəvi kriteriyalarını yaratmışdır. O,mineralların və qeyri-üzvi birləşmələrin çevrilməsinin quruluş prinsiplərini vermiş və bunun əsasında polisomatizm nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyəyə Beynəlxalq Ədəbiyyatda Çıraqov-Teylar nəzəriyyəsi adlanır. 1978–1990-cı illərdə Moskva Dövlət Universitetinin Elmi Şurasında dəfələrlə dissertasiya işlərində rəsmi opponent kimi çıxış etmişdir. Məmməd Çıraqov məruzə ilə Beynəlxalq Konqreslərdə çıxış etmişdir. Onun 120dən çox elmi məqaləsi, əsasən, xarici ölkələrdə çap olunmuşdur. Aldığı elmi nəticələri Belovun, Məmmədovun, Libau, Teylor, Qodovinko, Çuxrov və.b. Görkəmli alimləri elmi işlərində istifadə olunmuşdur. Məmməd Çıraqovun tədqiqatları dünyada tanınmış,onun elmi əsərləri Beynəlxalq Bank məlumatlarına xüsusi şifrlərlə daxil edilmişdir. Məmməd Çıraqovu rəhbərliyi ilə 30 nəfərdən çox aspirant dissertant geologiya-mineralogiya,fizika-riyaziyyat və kimya elmləri elmi dərəcəsi almışdır.

Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi və s.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1962-ci ildə AMEA Kimya institutunda kiçik elmi işçi.
  • 1966–1969, SSRİ EA Sibir şöbəsində Qeyri-Üzvü Kimya İnstitutunda aspirant.
  • 1971-ci ildə BDU-nun Faydalı Qazıntılar kafedrasında baş müəllim
  • 1987-ci ildən dosent
  • 1990-cı ildən — BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasında professor və hal-hazırda kafedra müdüri vəzifəsində çalışır.
  • 150-dən çox elmi məqalənin müəllifidir.
  • 3 monoqrafiyanın müəllifidir.
  • 4 dərsliyin müəllifidir.
  • 6 elmlər namizədi yetişdirmişdir.
  • Bilik cəmiyyəti Xudu Məmmədov mükafatı laureatıdır.
  • 1999-cu ildə Məmməd Çıraqov İngiltərə və ABŞ alimləriini tərtib etdiyi "Kim kimdir?" Beynəlxalq Məcmuəsinə 20-ci əsrin 2000 görkəmli alimi sırasına daxil edilmiş,xüsusi diplom və adlı medalla təltif edilmişdir.O,həmçinin "Kim kimidir" məcmuəsinə daxil ola biləcək alimləri seçən ekspert komissiyasının tərkibinə daxil edilmişdir.
  • 2000-ci ildə Məmməd müəllim Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir.
  • 2002-ci ildən Məmməd Çıraqovun oxuduğu Qoçulu orta məktəbi onun adını daşıyır.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Moskva, Ottava, Varşava, Sofiya, Budapeşt və s. Beynəlxalq konfranslarında iştirak etmiş və tezisləri çap olunmuşdur.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2004, NH4±forma JBN-seolitin hidrotermal sintezi və kristal quruluşu. // XVIII ULUSAL KIMYA KONGRESI, 5–9 Temmuz Kars.
  • 2004, Boratokankrinitin (Na,Ca)2Na6(AlSiO4)6(BO3) • 2H2O hidrotermal sintezi və kristal quruluşu. 26–31 August . – Budapest.
  • 2004, Çaroitin kristal quruluşu — okenit, kanasit və mizerit quruluşlarının törəməsi. Ukrayna Mineralogiya Jurnalı, t.25, № 4, s.5–9.
  • 2005, Boratokankrenitin hidrotermal sintezi və çevrilməsinin kristallokimyəvi xüsusiyyətləri. Moskva. Qeyri-Üzvü Kimya jurnalı. T.50, № 10, s.1506–1510.
  1. 1985, Kristalloqrafiya. (Dərs vəsaiti).Azərb. dilində.
  2. 1992, Riyazi üsulların geologiyaya tətbiqi. (Dərslik) Azərb. dilində.
  3. 1997, Kristallokimya. (Dərslik). Azərb. dilində.
  4. 2002, Zirvə. Monoqrafiya. Azərb. dilində.
  5. 2003, Kalsium və nadir torpaq elementlərin, silikatların müqayisəli kristallokimyası. Monoqrafiya. Rus dilində.
  6. 2008, Kristalloqrafiya və Kristallokimya. (Dərslik). Azərb. Dilində.
  7. 2008, Azərbaycan mineralları. Ensiklopediya. Azərb., rus və ingilis dillərində.

Beynəlxalq seminarlarda, simpoziumda və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Moskva, Ottava, Varşava, Sofiya, Budapeşt və s. Beynəlxalq konfranslarında iştirak etmiş və ya tezisləri çap olunmuşdur.


...

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]