Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi.
Qəribə adam | |
---|---|
Janr | dram |
Rejissor | Əjdər İbrahimov |
Əsərin müəllifi | Nazim Hikmət |
Ssenari müəllifləri |
Əjdər İbrahimov Marqarita Maleyeva |
Baş rollarda |
Qriqore Qriqoriu — Əhməd İrina Miroşniçenko — Nihal Həsənağa Turabov — Arif Əjdər İbrahimov — Rəcəb İlham Namiq Kamal — Əbdürrəhman |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Murad Kajlayev |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 19 noyabr 1978 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 142,5 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1979 |
Texniki məlumatlar |
2 seriyalı 15 hissə 3900 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID1542730 |
Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Gənc vəkil Əhmədə (Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır.
Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim (Q.Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır.
Film aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Film aktyor Əliqulu Səmədovun kinoda ilk işidir.
Film Türkiyə yazıçısı Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında yaradılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqoriyaya layiq görülmuşdur.