Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi, Baki. "elm və təhsil", 2018, 168 səh
Kitabda erkən Azərbaycançılıq düşüncəsinin genezisindən, onun mif, epos yaradıcılığından qaynaqlanan ilkin dərketmə, birgəyaşayış və idarəetmə funksiyası barədə məlumat verilir. Mifdə kosmoqonik, etnoqonik baxışlar sistemi "Avesta"dan və Zərdüştilikdən irəli gələn xeyir fikir, xeyir söz, xeyir iş təliminin sonrakı dövrlərdə bədii təfəkkürdə, xüsusən epos yaradcılığında formalaşmasından geniş söhbət açılır. Müəlli Azərbaycan klassik ədəbiyyatı nümayəndələrinin bədii yaradıcılığından da yan keçməmiş, onların əsərlərində özünü göstərən erkən Azərbaycançılıq düşüncəsinin bədii inikasından bəhs etmişdir.
2. Ədəbiyyat nəzəriyyəsi. Bakı, "Elm və təhsil", 2012, səh. 480
Ədəbiyyatşünaslıq elmini əhatə edən mövzu və problemlərin, o cümlədən bədii əsərin mövzu və ideyası, süjet və kompazisiyası, şerimizin mövcud vəznləri, bənd quruluşu, ritm vasitələri kimi məsələlərin elmi izahı öz əksini tapmışdır.
3. Quba-Şabran folklor örnəkləri I. Bakı, "Elm və təhsil", 2013, 328 səh
Qədim tarixi-mədəni mərkəzlərdən olan Dərbənd, Quba , Şabran şəhərlərinin strateji mövqeyi istər miladdan öncə, istər də sonrakı tarixi dövrlərdə hərbi-siyasi səfərlərin, burdan keçən ticarət karvanlarının meydanına çevrilmiş, bunlar da özlüyündə söz sənətimiz və musiqimizin inkişafına güclü təkan vermişdir. Xüsusən orta əsrlərdə Səfəvilərin hərbi-tarixi səfərləri regionda maddi mədəniyyət abidələrimizin, şifahi söz sənətimizin əfsanə, rəvayət, dastan, nağıl və s. kimi janrlarının, ümumilikdə şimal-şərq regionu foklorumuzun inkişafında güclü təsir göstərmişdir.
4. Azərbaycan şerinin vən və evfoniya problemləri, Bakı "Nurlan",2008, səh. 296
Ümumtürk şeiri ilə müqayisəli araşdırma əsasında ərsəyə gəlmiş bu kitabda hecə vəznli Azərbaycan şeir sənətinin aktual məsələləri təhlilə cəlb edilmiş, vəzn və evfoniyaa problemləri ümumtürk şeiri ilə müqayisə fonunda işıqlandırılmışdır. Əsər nəzəriyyəçi alimlər, magostr və aspirantlar üçün dəyərli monoqrafik tədqiqatdır
5. Böyük yolun davamı (Türk xalqları ədəbiyyatına dair araşdırmalar) I kitab, Bakı, "Elm və Təhsil", 2019, 512 səh
Kitabda müəllifin son illərdə çap olunmuş məqalələri toplanmışdır. "Bir daha koroğlu haqqında", "Bolqlor Koroğlu"sunun petikası" "Şah fərmanı", "M. Kaşğari "Dİvan" şeirlərinin əsas vəzn xüsusiyyətləri", "XVIII əsr: Türkün iki şairi-M.P. Vaqif və Məhtimqulu Fəraqi" vəs. məqalələr tarixi-ədəbi faktlar əsasında işlənmiş və ədəbiyyatşünaslığımızda yenidir. Kitabda XIX-XX əsrlər Avropa türkoloji məktəbinin nümayəndələri haqqında öçerklər, şübhəsiz, oxucular tərəfindən maraqla qarşılanacaqdır.
6. Əruzu necə öyrətməli, Bakı, "Tural" NPM, 2004, 148 səh (Müəlliflər: Məmməd Əliyev, Əjdər Hüseynli)
Bu kitab milli əruzun öyrənilməsi üçün tutarlı mənbədir. Azərbaycan əruzunun öyrənilməsində böyük əhəmiyyət kəsb edən kitabdır. Azərbaycan əruzunu bir sistem şəklində ilk dəfə ədəbiyyatşünas alim Əkrəm Cəfər "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu" adlı kitabında məlumat vermişdir. Məmməd Əliyevin "Əruzu necə öyrətməli" adlı kitabda əkrəmi modellərindən istifadə edilmişdir. Bu modellər təfilərin düzgün oxunmasına nəzarət edir və səhvin qarşısını alır.
7. Azərbaycan şeir sənəti (Türk şeir materialları əsasında), Bakı,"Çaşıoğlu", 2000, 269 səh
Eşitdiyimiz xaotik, ritmik, qeyri-ritmik səslər, musiqi və poeziyanın da həmin estetik səs tutumunda meydana çıxması, sözün erkən yaradıcılığı bu kitabda təhlilə cəlb edilmişdir.
8. Məxtumqulu Fəraqi şeirinin poetikası, Bakı, "Elm və təhsil", 2018, 120 səh
Böyük türkmən şairi Məxtumqulu Fəraqi türk dünyası poeziyasının, ümumən dünya ədəbiyyatının görkəmli simalarından biridir. Türkmənistanda milli birlik və həmrəylik ideyalarının, müstəqil dövlətçilik ideyasının qüdrətli carçısıdır. Bu kitab şairin əsərlərinin ideya-məzmun xüsusiyyətlərinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Xüsusilə poeziyasında sənətkarlıq məsələlərinin araşdırılması baxımından yüksək qiymətləndirilir.
9. Əruz testləri. Bakı, "Nurlan" 2006, 277 səh
Azərbaycan klassik ədəbiyyatının minilliklər boyu yoldaşı olan əruz vəzni (elmi) haqlı və mənəvi olaraq dəyərlərimizdən biri sayılır. Hər zaman əruz vəznini əsaslı öyrənməyə cəhd göstərilmiş bu sahədə irəli addımlar atılmışdır. "Əruz testləri" adlı kitab da əruzun təbliği və tədrisi sahəsində böyük əhəmiyyətə mailkdir.
10. Azərbaycan şeirinin vəznləri. ADU. 1983, 115 səh
"Azərbaycan şeirinin vəznləri" adlı dərs vəsaiti ali məktəblərin humanitar fakultələrində təhsil alan tələbələr üçün yazılmışdır. Dərs vəsaitində heca vəznli Azərbaycan şeir sənətinin poetik xüsusiyyətləri şərh edilmişdir. əsərdə vəzn və dil, dünya şeir sistemləri, onların başlıca əlamətləri haqqında geniş məlumat verilmiş, türkdilli xalqların dil quruluşu ilə bağlı olan heca vəzninin aktual nəzəri problemləri şərh edilmişdir. Zəngin poetik xüsusiyyətlərə mailk olan Azərbaycan şeirinin şəkilləri, poeziyamızda işlənən durğu növləri canlı nümunələr əsasında izah edilmişdir.
Əsərdə türk xalqlarının şeir sənətinin inkişafına səbəb olmuş ritmik-sintaktik(psixoloji) paralellər, onların üzə çıxardığı qədim poetik-texniki və üslubi vasitələrin rolundan danışılmış, Dədə Qorqud şeirinin arxaik ritm vasitələri, heca vəznli şeirin təşəkkülündəritmik qrupların-durğuların yaranması, inkişafı, onların simmetrik və asimmetrik düzülüş xüsusiyyətləri geniş izah edilmişdir. Maraq doğuran cəhətlərdən biri də Dədə Qorqud şeiri ilə qədim türk şeirində xüsusilə Orxan-Yenisey, uyğur abidələrindən üzü bu yana mətnlərdə istifadə edilmiş, poetik və üslubi vasitələrin müqayisəli təhlilə cəlb edilməsidir.