Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).
Məmməd Sadıqov | |
---|---|
Doğum adı | Sadıxov, Sadıqzadə |
Doğum tarixi | 2 may 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 1987 (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1931–1987 |
Teatr |
Bakı Türk İşçi Teatrı; Akademik Milli Dram Teatrı |
Mükafatları |
|
Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır.[1] Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur.[2] Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir.
20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]