Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı – 1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.
Məmmədhəsən Əfəndizadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Əniq, Qusar, Zaqafqaziya Demokratik Federativ Respublikası |
Fəaliyyəti | pedaqoq |
Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub.[1] (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir
Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.