Mərkəzi Afrika şiri (lat. Panthera leo azandica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Mərkəzi Afrika şiri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Mərkəzi Afrika şiri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Konqo Demokratik Respublikasının şimal-şərqində və Uqandanın qərb hissəsində yaşayırlar. Həmcinin "Uqanda şiri"[3][4] adı ilə tanınır.
Amerikalı zooloq Coel Allen yarım növə Leo leo azandicus adını təklif edir və tipik nümunələrin təsvirini verir. Onun topladığı materiallar Amerika Diyarşünaslıq muzeyində saxlanılır. Bu erkək 1912-ci ildə parkın əməkdaşları tərəfindən muzey ekspanatı olmaq üçün vurulmuşdur. Muzeydə yırtrıcılara aid 588-ci eksponat olmuşdur. Allen bu yarımnövün masai şirlərinə yaxın olmasını qeyd etmişdir. Belə ki, kəllənin beyin strukturu və diş quruluşları baxımından eyni olsa da, rəng baxımından fərqlənir[5]
1913-cü ildə Edmund Heller Uqanda şirləri üçün başqa elmi ad təklif edir: "Panthera leo nyanzae". 1924-cü ildə isə Allen Viktoriya gölünün şimalında yaşayan şirlər üçün "Panthera leo hollisteri" adını təklif edir. Bu dövrdə şirlərin eyni yarımnövə aid olması bilinmirdi[6]
1930-cu ildə Reginald İnnes Pokok şirləri Pantera cinsinə daxil edir[7]. Con Ellerman və Terense Morrison-Skott yalnız iki yarımnöv qeydə alırlar: P. l. persica və Afrika şiri olan P. l. leo.[8]
Konqo çayı hövzəsində rast gəlinir. Onlar Virunqa Milli parkı ilə Viktoriya Milli parkı ərazisində böyük populyasiyaya malikdirlər. Əgər qanunsuz ovun qarşısı alınsa və onların ovlandığı heyvanlar ərazidə çoxala bilsə populyasiya bərpa olunacaqdır[9]
Bundan əlavə onlara Videpo Velley, Murçison Folls, Akaqera və Cənubi Sudan ərazisində[10] rastlanılır.
1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən həssas növlər siyahısına daxil edilmişdir. Şirlər əsasən silahlı çobanlar tərəfindən öldürülür. Mərkəzi Afrika şirlərinin heç biri Species360 məlumatına görə bağlı şəraitdə saxılanılmır[11]