Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məsiağa Əhməd oğlu Məhəmmədi (1 may 1963, Əli-Bayramlı) — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Məsiağa Məhəmmədi | |
---|---|
Doğum tarixi | 1 may 1963 (61 yaş) |
Doğum yeri | |
Elm sahələri | filologiya, şərqşünaslıq |
Elmi dərəcəsi | Filologiya üzrə fəlsəfə doktoru (1991) |
Elmi rəhbəri | Rüstəm Əliyev |
Mükafatları | |
mesiha.blogspot.com |
1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.
1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir.
2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur.
1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Dissertasiyada ilk dəfə olaraq, "hind üslubu"nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilmişdir.
Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.
Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda, İstanbulda çap olunmuşdur.
Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. "Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" risaləsini geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap etmişdir. Həmçinin İmam Qəzzalinin "Kimiyayi-səadət" əsərindən müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından müəyyən nümunələri dilimizə çevirmişdir.
Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələr də etmişdir, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Bir sıra beynəlxalq və respublika konfranslarında iştirak və çıxış etmiş, çoxsaylı elmi monoqrafiya və topluların redaktoru olmuşdur. Rəsmi opponent və üzv qismində Dissertasiya Şuralarının işində iştirak etmişdir.
Pedaqoji fəliyyətlə də məşğul olmuş, Azərbaycan Universitetində və Bakı Dövlət Universitetində Şərq ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.
Mətbuat sahəsində də fəaliyyət göstərmiş, bir sıra qəzet və jurnalların redaktoru və redaksiya heyətinin üzvü olmuşdur.
1992-ci ildə yaranmış Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və partiyanın siyasi məsələlər üzrə ilk katibi olmuşdur. Hazırda bitərəfdir.
Elmi araşdırmaları
Tərcümələri
Tərtib etdiyi kitablar