Azərbaycan animasiyası (kitab)

"Azərbaycan animasiyası" - Azərbaycanın animasiya tarixinə həsr olunan kitabdır. Bu kitabın siqnal nüsxəsi 2017-ci ildə Praqada təqdim olunub[1][2][3][4], 2018-ci ildə isə Bakıda çapdan çıxıb. Kitabın ilk rəsmi təqdimatı I Animafilm Festivalında baş tutub.[5][6]

Azərbaycan animasiyası
Azərbaycan animasiyası - Азербайджанская анимация
Müəlliflər Rəşid Ağamalıyev və müəllif kollektivi
Janr Animasiya
Orijinalın dili Azərbaycanca, rusca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2018
Tərtibat Rəşid Ağamalıyev
Nəşriyyat Peri Film
Cild Qalın
Səhifə 400
Tiraj 200
ISBN 978-9952-37-109-3
Elektron versiya

Azərbaycan və Avropa kinoşünaslarının səyi və tədqiqatları nəticəsində oxucular Azərbaycanda incəsənətin bu növünün inkişafı barədə çox sayda yeni məlumatlar əldə ediblər. Kitabda animasiya sahəsində çalışan rejissor və rəssamların təqdim etdiyi unikal materiallar ilk dəfə çap edilib.

Bu kitab bir ildən çox davam edən kollektiv tədqiqatların nəticəsidir. 13 Azərbaycan və Avropa kinoşunası 19 məqalə hazırlamışlar.

Kitab iki dildədir: hər bir fəsli azərbaycan və rus dillərində oxumaq olur.

Kitabın yazılmasında rejissorlar və cizgi filmi rəssamlarının əvəzsiz rolu var. Onlar məqalələrin müəlliflərinə öz yaradıcılıq fəaliyyətləri və istehsalın texniki təfərrüatları barədə məlumat vermiş, həmçinin bəzilərinin ilk dəfə işıq üzü gördüyü qiymətli materiallar təqdim etmişlər.

"Azərbaycan animasiyası" kitabı tək Azərbaycanda deyil, başqa ölkələrdə də yaşayan insanların dəstəyi ilə ikiillik kraudfandinq kampaniyasının nəticəsi olaraq çap edilib. Kitabın layihəsini maddi cəhətdən 100-dən artıq insan dəstəkləyib.

  1. Giriş - Rəşid Ağamalıyev
  2. Azərbaycan animasiya kinosunun neçə yaşı var? - Aydın Kazımzadə
  3. Ağanağı Axundov – Azərbaycan animasiyasının banisidir? - Rəşid Ağamalıyev
  4. “Azərbaycanfilm” kinostudiyası nəzdində animatorlar kursu - Gennadi Tişşenko
  5. Azərbaycan animasiyasında Cırtdan obrazı - Karolina Çijkova
  6. Rejissor Şamil Nəcəfzadə - Rəşid Ağamalıyev
  7. Azərbaycan animasiya kinosunun ədəbiyyatla əlaqələri - Sevinc Əzimova
  8. Rejissor Firəngiz Qurbanova“Birlik” studiyası - Rəşid Ağamalıyev
  9. Vaqif Behbudovun uşaqlar və yeniyetmələr üçün çəkdiyi filmlər - Sevinc Əzimova
  10. Rejissor Məsud Pənahi - Rəşid Ağamalıyev
  11. Elçin Hami Axundovun film yaradıcılığı - Sevinc Əzimova
  12. Azərbaycan cizgi filmlərində sosial mühitin təsviri - Aygün Aslanova
  13. 1990-cı illərin əvvəlində Azərbaycan animasiya kinosunda mövzu və üslub axtarışları - Sevinc Əzimova
  14. Öz zamanını görə bilən münəccim. “Münəccimin şagirdi” filmi haqqında - Aliyə Dadaşova
  15. Seans: filmin nümayişi – görüşün ekzistensional təcrübəsi - Andrey Hovanets
  16. Rejissor Rasim İsmayılov - Kəmalə Rzayeva
  17. Nazim Məmmədov. Azərbaycan vizual sənətinin tarixində parlaq iz qoymuş insan - Dadaş Məmmədov
  18. Rejissor Gennadi Tişşenko ilə müsahibə - Rəşid Ağamalıyev
  19. “Tartoniks” animasiya studiyası - Elçin Orucov
  20. İran Azərbaycanda animasiya filmləri - Leyla Novruzi
  21. Praqada «Animasiya filmlərinin sehri» sərgisi - Olqa Ağamalıyeva
  22. Kraudfandinq - Rəşid Ağamalıyev
  23. “Azərbaycan animasiyası” kitabının nəşrinə yardım göstərmiş şəxslərin siyahısı - Rəşid Ağamalıyev
  24. Azərbaycan animasiya sahəsində çalışanlar - Rəşid Ağamalıyev
  25. Azərbaycanda və xaricdə azərbaycanlılar tərəfindən çəkilən animasiya filmlərin siyahısı - Rəşid Ağamalıyev
  26. Müəllifər haqqında
  1. "Волшебная азербайджанская анимация в Чехии" (rus). trend.az. 13 апреля 2017. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  2. "Animasiya filmlərimizin sərgisi keçiriləcək" (az.). kulis.az. 27 Mart 2017. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  3. "В Чехии рассказали о волшебстве азербайджанской анимации - ФОТО" (rus). news.day.az. 5 апреля 2017. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  4. "Прага знакомится с азербайджанской анимацией" (rus). ru.echo.az. 7 апреля, 2017. 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  5. 1 2 3 4 "BAKI BEYNƏLXALQ ANİMASİYA FESTİVALI" (PDF) (az.). animafilm.az. 2020-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyun 2021.
  6. "Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində "ReAnimasiya" sərgisi açılıb" (az.). azertag.az. 19.10.2018. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.

Ədəbiyyat

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]