İrlandiya İstiqlaliyyət müharibəsi

İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsiİrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasınaİrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi.

İrlandiya İstiqlal müharibəsi
Böyük Britaniya əlehinə qurtuluş müharibələri
XXXİrlandiya Krallıq Ordusu əsgərləri Limerik yaxınlarında
Tarix 21 yanvar 1919-11 iyul 1921 (2 il,5 ay,2 həftə,6 gün)
Yeri İrlandiya
Nəticəsi

Atəşkəs

Münaqişə tərəfləri

İrlandiya Respublikası

Britaniya İmperiyası

Komandan(lar)

Maykl Kollins
Riçard Mulkeyhi
Kathal Bruqa
Eymon de Valera
Artur Qriffit

Frederik Şav
Nevil Makredi
Henri Hug Tudor
Devid Lloyd Corc

Tərəflərin qüvvəsi

İrlandiya Respublikaçı Ordusu ~ 15000

Britaniya Ordusu ~ 200000
İrlandiya Krallıq Polisi~9,700
Qara və Turuncular~7,000
Yardımçı Birlik~1,400
Ulster Xüsusi Polisi~4,000

İtkilər

550 ölü

714 ölü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi.[1] Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi[2][3][4] .

14 dekabr 1920,yandırılmış Kork şəhəri

1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artım oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü. Britaniya Hökuməti bu hadisələrdən sonra İrlandiyanın bir çox yerində hərbi vəziyyət elan etdi. Kork şəhər mərkəzi dekabr ayında tamamilə yandırıldı. Sonrakı 7 ay içində artan şiddət hadisələrində 1000 nəfər öldü, 4500 nəfər aktivist həbs edildi.[5] Döyüşlər, əsasən , Munster, DublinBelfastda gedirdi. Silahlı atışmalardan meydana gələn insan itkilərinin %75-dən çoxu bu 3 ərazinin payına düşürdü. Şimalda və xüsusən də Belfastda meydana gələn şiddət hadisələrinin məzhəb xarakterli olması və həlak olanların içində katolik sivillərin sayısının sürətlə artması diqqətdan yayınmırdı.[6]

11 iyul 1921-də atəşkəs elan edilsə də, silahlı toqquşmalar şimal-şərq ərazilərdə dəvam etməkdə idi.

  1. Hopkinson, Irish War of Independence, pp. 201–202. Hopkinson lists 363 RIC killed in Southern Ireland 1919–21, Robert Lynch, the Northern IRA and the Early Years of Partition, gives a figure of 38 RIC and 43 USC personnel killed in Northern Ireland 1920–22 p. 227 and p. 67. The RIC casualty figure includes 4 Dublin Metropolitan Policemen and 2 Harbour Police.
  2. "The Black and Tan War — Nine Fascinating Facts About the Bloody Fight for Irish Independence". Militaryhistorynow.com. 9 November 2015. 28 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2018.
  3. "Irishmedals.org". Irishmedals.org. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2018.
  4. "Michael Collins: A Man Against an Empire - HistoryNet". Historynet.com. 17 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2018.
  5. Ryan (above) quotes Lionel Curtis, political advisor to Lloyd George, writing in early 1921 "Protestants in the south do not complain of persecution on sectarian grounds. If Protestant farmers are murdered, it is not by reason of their religion, but rather because they are under suspicion as Loyalist. The distinction is fine, but a real one." Nevertheless, between 1911 and 1926, the territory of the Free State lost 34 percent of its (small) Protestant population to migration.
  6. Eunan O'Halpin, Counting Terror, in David Fitzpatrick ed. Terror in Ireland (2012), s.152.

Bartlett, Robert (1997). A Military History of Ireland. Penguin
Lowe, W.J. (2002), 'The War against the RIC, 1919–21', Eire-Ireland
Cottrell, Peter (2006), The Anglo-Irish War, The Troubles, 1913–23, Oxford: Osprey Publishing