MG 42

Maschinengewehr (Pulemyot) — Almaniya istehsalı pulemyot tapança. 1942-ci ildə istehsal edilmişdir. Müharibə tarixçilərinin əksəriyyətinə görə ən yaxşı silah dizaynlarından biridir. 7.92 mm-lik güllələrdən istifadə edirdi. Atış sürəti baxımından bir yüngül pulemyotun əldə edə biləcəyi ən yüksək sürətə (1500 mərmi/dəqiqə və ya 1800 mərmi/dəqiqə) çatmışdır. Etibarlılıq, davamlılıq, dəqiqlik və istifadə rahatlığının bir yerdə olduğu nadir silahlar arasındadır. İkinci dünya müharibəsi dövründə 400.000-dən artıq MG 42 istehsal edilmişdir. Düşmən əsgərləri bunu Hitlerin mişarı adlandırırdılar. Bugünkü M60 modelləri bu pulemyot əsas nümunə götürülərək istehsal edilmişdir. Pulemyot paslanmayan poladdan hazırlanmışdır. Su, palçıq və torpaqdan təsirlənmirdi.

MG 42
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1942
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruksiya tarixi 1942
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
MG 42/MG 3-ün Roller sistemi

Dizayn xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Almanların əlindəki MG 34-lər istehsalının çətinliyi və atəş sürətinin aşağı olması səbəbindən ehtiyacı ödəmədi və bunun üçün MG 42-lərin dizaynına başlanıldı. Ümumiyyətlə, dizaynları MG34 ilə eynidır, lakin sürtüşdürmə dizaynı Edward Stecke (Edrld Shiteke) aiddir. MG 42 pulemyotunun dizaynı “nə qədər çox güllə atsa, düşmənləri vurma şansı daha yüksək olar” nəzəriyyəsinə görə hazırlanmışdır.

Konstruktoru Dr. Qrunov, istehsal miqdarı 400.000 ədəddən çox, uzunluğu 1.220 mm, lülə uzunluğu 533 mm, hündürlüyü 2,20 m, sursatı 7.92 x 57 mm, kalibri 7,92mm, atış sürəti 1200-1500 mərmi/dəqiqə, effektiv mənzili 1.000 m olmuşdur.

Yüksək atəş sürəti sayəsində böyük düşmən dəstələrini sabit saxlamağı bacarırdi. Bipod ilə 11.57 kq ağırlığı sayəusjy 2 nəfərlik ekipaj tərəfindən daşınıb istifadəsi edilməsi mümkün olan yüngül pulemyot, 20.5 kq-lıq tripod konfiqurasiya sayəsində isə 3 nəfərlik bir qrup ilə daşınan və istifadə edilən ağır pulemyota çevrilirdi. Uzaqdan və ya periskopla atəşlənə bilər. 3 ilə 7 saniyəyə lüləsi, 25-30 saniyə arasında lülə və kilid yığımı dəyişdirilə bilər. Müharibədə müttəfiq əsgərləri MG-42 mövqelərinə hücum etmək üçün lülələrin dəyişdirilməsi anlarını gözləyirdilər.

Bu gün Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən Rheinmetall MG3-lər bu pulemyotun 7.62 mm-lik NATO güllələrindən istifadə edən versiyasıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]