Mağas və ya Maas, həmçinin Maqs və ya Maks — Böyük Qafqaz dağlarında orta əsrlərdə mövcud olmuş Alaniya padşahlığının[1] paytaxtı. İslam və Çin mənbələrindən məlumdur, lakin onun yeri qeyri-müəyyəndir. Bəzi müəlliflər Şimali Osetiyada olması nəzəriyyəsinə üstünlük verir, digərləri isə X əsrə aid üç kilsənin hələ də mövcud olduğu müasir Qaraçay-Çərkəzdəki Arxızı göstərir.
Qədim şəhər | |
Mağas | |
---|---|
Ölkə | |
İlk xatırlanma | 943 |
Dağılma tarixi | 1239 |
Gent Universitetindən (Belçika) tarixçi Con Lethem Sprinkl Mağasın Krasnodar diyarının Otradnenski rayonunda İliçevskoye Qorodişe kimi tanınan arxeoloji sahəsi olduğunu müəyyən etmişdir.[2]
Rusiyanın İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəri Mağasın adını daşıyır.[3]