Magical Girl Raising Project , Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画 ? , azərb . Maho-şoco yetişdirmə layihəsi ) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır.
Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace " jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır.
Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir. Nəticədə, 16 maho-şoco arasında sağ qalmaq uğrunda mübarizə başlayır.
Koyuki Himekava /Snow White (姫河 小雪/スノーホワイト , Himekawa Koyuki ? )
Səsləndirən: Nao Toyama [ 2]
Gücü: Təhlükədə olan insanların səsini eşitmək
N şəhərində yaxşı tanınan maho-şocodur. Maho-şoco geyimi güllərlə örtülmüş ağ məktəbli formasından ibarətdir.
Kano Sazanami /Ripple (細波 華乃/リップル , Sazanami Kano ? )
Səsləndirən: Manami Numakura [ 2]
Gücü: Şurikenləri ilə heç bir hədəfi qaçırmamaq
Tək yaşayan lisey tələbəsidir. Maho-şoco geyimi nindza stilindədir.
Fəlakət Meri (カラミティ・メアリ , Karamiti Meari ? )
Səsləndirən: Kikuko İnoe [ 3]
Gücü: İstənilən silahı gücləndirmək
N şəhərinin kriminal təbəqəsi tərəfindən tutulmuş maho-şocodur. Maho-şoco geyimi kovboy stilindədir.
Sanae Mokuo /Ruler (木王 早苗/ルーラ , Mokuō Sanae ? )
Səsləndirən: Yoko Hikasa [ 2]
Gücü: Verdiyi əmrlərin sorğusuz-sualsız yerinə yetirilməsi
N şəhərindəki bir məbəddə özünü kraliça edən maho-şocodur. Maho-şoco geyimi şahzadə stilindədir.
Tama İnubozaki /Tama (犬吠埼 珠/たま , Inubōzaki Tama ? )
Səsləndirən: Asuka Nişi [ 2]
Gücü: Toxunduğu istənilən yerdə diamteri 1 metrə, dərinliyi 5 metrə qədər olan dəlik yaratmaq
Çox utancaq və qorxaq aızdır və Ruler ilə müttəfiqdir. Maho-şoco geyimi it paltarından ibarətdir.
Nemu Sanco /Nemurin (三条 合歓/ねむりん , Sanjō Nemu ? )
Səsləndirən: Yumiri Hanamori [ 4]
Gücü: İstənilən şəxsin yuxusuna girmək
24 yaşlı işsiz, tənbəl qızdır, lakin insanlara kömək etməyi sevir. Maho-şoco paltarı pijamadan ibarətdir.
Tsubame Murota /Top Speed (室田 つばめ/トップスピード , Murota Tsubame ? )
Səsləndirən: Yumi Uçiyama [ 2]
Gücü: Uçan süpürgəsi ilə çox sürətlə uçmaq
Gülərüz veteran maho-şocodur. Maho-şoco paltarı klassik qara cadugər paltarından ibarətdir.
Ako Hatoda /Hardgore Alice (鳩田 亜子/ハードゴア・アリス , Hatoda Ako ? )
Səsləndirən: Rina Hidaka [ 3]
Gücü: Verilmiş zərəri bərpa edə bilmək
Gənc maho-şocodur. N şəhərinin sonuncu – 16-cı maho-şocosudur. Maho-şoco geyimi qara rəngdə olub Alisa möcüzələr ölkəsində stilindədir.
Sota Kişibe /La Pucelle (岸辺 颯太/ラ・ピュセル , Kishibe Sōta ? )
Səsləndirən: Ayane Sakura [ 2]
Gücü: Qılıncının uzunluğunu qısaltmaq və uzatmaq
Snow White-ın müttəfiqi və yaxın dostudur. Maho-şoco geyimi Əjdaha cəngavəri stilindədir. Zirehində əjdaha motivləri görmək mümkündür.
Ayana Sakanaqi /Swim Swim (坂凪 綾名/スイムスイム , Sakanagi Ayana ? )
Səsləndirən: İnori Minase [ 2]
Gücü: Bədənini mayeyə çevirmək
Çox sakit qızdır və Ruler-in ən sadəqətli müttəfiqidir. Maho-şoco geyimi ağ çimərlik paltarından və qulaqcıqlardan ibarətdir.
Meşə musiqiçisi Klamberri (森の音楽家クラムベリー , Kuramuberī ? )
Səsləndirən: Mequmi Oqata [ 3]
Gücü: Səs dalğalarını kontrol etmək
N şəhərinin ətrafındakı xarabalıqlarda yaşayan qızdır. Maho-şoco geyimi güllərlə və yarpaqlarla bəzədilib və görünüşü elfi xatırladır.
Mina Amasato /Minaelle (天里 美奈/ミナエル , Amasato Mina ? )
Səsləndirən: Risae Matsuda[ 2]
Gücü: Bədənini istənilən cansızın formasına salmaq
"İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
Yuna Amasato /Yunaelle (天里 優奈/ユナエル , Amasato Yuna ? )
Səsləndirən: Satsumi Matsuda[ 2]
Gücü: Bədənini istənilən canlının formasına salmaq
"İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
Şizuka Aşuu /Weiss Winterprison (亜柊 雫/ヴェス・ウィンタープリズン , Shizuka Ashū ? )
Səsləndirən: Yuu Kobayaşi [ 4]
Gücü: Ərazidən asılı olaraq istənilən formada divarlar yaratmaq
Güclü maho-şocodur, eləcə də, Sister Nana-nın sevgilisidr. Maho-şoco geyimi qalın qış paltosundan ibarətdir.
Nana Habutae /Sister Nana (羽二重 奈々/シスターナナ , Habutae Nana ? )
Səsləndirən: Saori Hayami [ 4]
Gücü: Hər hansı şəxsin fiziki qabiliyyətini artırmaq
Veteran maho-şocodur. Karyerasını şəhəri qorumağa və şəhərə sülh gətirməyə həsr etmişdir. Maho-şoco geyimi rahibə stilindədir.
Makoto Ando /Magicaroid 44 (安藤 真琴/マジカロイド44 , Makoto Andō ? )
Səsləndirən: Satomi Aray [ 3]
Gücü: Hər gün bel çantasından futuristik alət əldə etmək
Robot maho-şocodur. Maho-şoco geyimi tamamilə robot formasındadır.
Fav (ファヴ ? )
Səsləndirən: Kurumi Mamiya
Talisman personajdır.
Ranobe seriyası Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılmışdır. Ranobenin ilk cildi Takarajimasha nəşriyyatı tərəfindən 8 iyun 2012-ci ildə Kono Light Novel ga Sugoi! Bunko imprinti altında nəşr olunmuşdur.[ 5] dekabrl 2016-cı ilə kimi 10 cildi buraxılmışdır.[ 6] Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[ 7]
Poçi Edoyanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace " manqa jurnalında nəşr olunmuşdur. Manqanın iki tankobon cildi buraxılmışdır.[ 18] [ 19] Nori Senbey tərəfindən hazırlanan "Magical Girl Raising Project: Restart" (魔法少女育成計画restart ? ) adlı manqa adaptasiyası 2016-cı ilin iyunundan "Comp Ace " jurnalında nəşr olunur. İlk tankobon cildi 30 sentyabr 2016-cı ildə buraxılmışdır.[ 20] Ryota Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Magical Girl Raising Project F2P" (魔法少女育成計画 F2P ? ) 29 avqust 2016-cı ildən Kono Light Novel wa Sugoi! WEB xidməti vasitəsilə onlayn şəkildə yayımlanır. Bu manqanın ilk cildi 22 oktyabr 2016-cı ildə buraxılacaq.[ 21]
Magical Girl Raising Project
Magical Girl Raising Project: Restart
Anime adaptasiyası 2015-ci ilin sentyabrında ranobenin 8-ci cildi vasitəsilə anons edilmişdir.[ 22] Lerche tərəfindən istehsal olunan anime serialı 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi AT-X kanalında, daha sonra Tokyo MX, BS11 kanalları və GyaO! video xidməti vasitəsilə yayımlanmışdır.[ 23] Crunchyroll tərəfindən Çin , Tayvan , Honkonq , Makao , Şimali və Cənubi Koreya istisna olmaqla, bütün dünyada nümayiş etdirilmişdir. Rejissoru Hiroyuki Haşimoto, ssenaristi Takao Yoşioka, personaj dizayneri Yukiko Akeydir.[ 23]
.[ 24] Animenin seriyaları hərəsində 3 seriya olmaqla 4 BD/DVD cildində buraxılacaq.[ 25]
Anime serialının açılış mahnısı Manami Numakura tərəfindən ifa olunan "Sakebe" (叫べ , Shout ? ) mahnısı,[ 26] bağlanış mahnısı isə Nano tərəfindən ifa olunan "Dreamcatcher" mahnısıdır.[ 2]
№
Başlıq
Yayım tarixi
İst.
1
"Arzu və sehr dünyasına xoş gəlmisiniz!""Yume to Mahō no Sekai e Yōkoso!" (夢と魔法の世界へようこそ!) 1 oktyabr 2016 [ 27]
2
"Sehrli şəkərləri topla!""Majikaru Kyandī o Atsumeyō!" (マジカルキャンディーを集めよう!) 8 oktyabr 2016 [ 28]
3
"Bildirişi yenilə!""Bājon Appu no Oshirase!" (バージョンアップのお知らせ!) 15 oktyabr 2016 [ 29]
4
"Daha çox dost əlavə et!""Furendo o Fuyasō!" (フレンドを増やそう!) 22 oktyabr 2016 [ 30]
5
"Yeni personaj!""Shin Kyara o Tsuikashimashita!" (新キャラを追加しました!) 29 oktyabr 2016 [ 31]
6
"Super nadir əşyalar əldə et!""Geki reāitemu o Getto shiyou!" (激レアアイテムをゲットしよう!) 5 noyabr 2016 [ 32]
7
"Dostluğunu yüksəlt!""Oyamitsudo o Ageru yō!" (親密度を上げるよう!) 12 noyabr 2016 [ 33]
8
"Görüşdə qəfil hadisə!""Gerira Ibento Hassei-chū!" (ゲリライベント発生中!) 19 noyabr 2016 [ 34]
9
"Yeni qaydaların elanı""Rūru Henkō no Oshirase" (ルール変更のお知らせ) 26 noyabr 2016 [ 35]
10
"Ani döyüş şansı!""Ran'nyū Batoru Kakuhen-chū!" (乱入バトル確変中!) 3 dekabr 2016 [ 36]
11
"Server təmirdədir""Sābā Mentenansu Chū desu" (サーバーメンテナンス中です) 10 dekabr 2016 [ 37]
12
"Fayl tapılmadı" (File not found) 17 dekabr 2016 [ 38]
↑ "Crunchyroll Announces Winter 2017 Anime Lineup" . Crunchyroll . January 20, 2017. 2017-01-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 29 iyul 2017 .
↑ 1 2 3 4 5 6 7 8 9 10 "Magical Girl Raising Project Anime Casts Yōko Hikasa, Inori Minase, More" . Anime News Network . August 26, 2016. 2021-04-28 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ 1 2 3 4 "Magical Girl Raising Project Anime Reveals 4 New Cast Members in 4th Promo Video" . Anime News Network . September 8, 2016. 2021-05-06 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ 1 2 3 "Magical Girl Raising Project Anime Casts Saori Hayami, Yu Kobayashi, Yumiri Hanamori" . Anime News Network . September 1, 2016. April 28, 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: September 9, 2016 .
↑ 1 2 "魔法少女育成計画" (yaponca) . Takarajimasha . 2021-01-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ 1 2 "魔法少女育成計画 episodesΦ" (yaponca) . Takarajimasha . 2021-01-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "Yen Press Licenses Sound! Euphonium, Magical Girl Raising Project Novels, Grimgar of Fantasy and Ash Manga" . Anime News Network (ingiliscə) . 23 noyabr 2016. 2021-07-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 23 noyabr 2016 .
↑ "Magical Girl Raising Project, Vol. 1" . Yen Press. 2017-03-08 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 29 iyul 2017 .
↑ "魔法少女育成計画 restart(前)" (yaponca) . Takarajimasha . 2020-11-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "Magical Girl Raising Project, Vol. 2" . Yen Press. 2017-03-31 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 29 iyul 2017 .
↑ "魔法少女育成計画 restart(後)" (yaponca) . Takarajimasha . 2021-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "魔法少女育成計画 episodes" (yaponca) . Takarajimasha . 2021-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "魔法少女育成計画 limited(前)" (yaponca) . Takarajimasha . 2021-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "魔法少女育成計画 limited(後)" (yaponca) . Takarajimasha . 2021-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "魔法少女育成計画 JOKERS" (yaponca) . Takarajimasha . 2021-01-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "魔法少女育成計画 ACES" (yaponca) . Takarajimasha . 2021-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "魔法少女育成計画 QUEENS" (yaponca) . Takarajimasha . 2022-04-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 20 iyul 2017 .
↑ 1 2 "魔法少女育成計画 (1)" (yaponca) . Kadokawa Shoten . 18 sentyabr 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ 1 2 "魔法少女育成計画 (2)" (yaponca) . Kadokawa Shoten . 18 sentyabr 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ 1 2 "魔法少女育成計画restart (1)" (yaponca) . Kadokawa Shoten . 16 oktyabr 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 oktyabr 2016 .
↑ "魔法少女育成計画 F2P" . Kono Light Novel wa Sugoi! WEB (yaponca) . 16 oktyabr 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 oktyabr 2016 .
↑ "Mahō Shōjo Ikusei Keikaku Magical Girl Survival Novels Get Anime" . Anime News Network . September 8, 2015. 2018-09-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ 1 2 "Magical Girl Raising Project TV Anime's Promo Video Previews Opening Song, October 1 Premiere" . ANN (ingiliscə) . 9 avqust 2016. 2021-12-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "More Details on Crunchyroll's "Magical Girl Raising Project" Anime Simulcast" . Crunchyroll (ingiliscə) . 30 sentyabr 2016. 2020-11-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 sentyabr 2016 .
↑ "Blu-ray&DVD" . 2021-02-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-10-03 .
↑ "Magical Girl Raising Project TV Anime's Promo Reveals Cast, Theme Song, October Premiere" . ANN (ingiliscə) . 21 iyul 2016. 2022-07-07 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 sentyabr 2016 .
↑ "夢と魔法の世界へようこそ!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-03-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 3 oktyabr 2016 .
↑ "マジカルキャンディーを集めよう!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2020-11-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 9 oktyabr 2016 .
↑ "バージョンアップのお知らせ!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-07-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 oktyabr 2016 .
↑ "フレンドを増やそう!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 22 oktyabr 2016 .
↑ "新キャラ追加しました!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2022-08-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 30 oktyabr 2016 .
↑ "激レアアイテムをゲットしよう!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 6 noyabr 2016 .
↑ "親密度を上げるよう!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 14 noyabr 2016 .
↑ "ゲリライベント発生中!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 noyabr 2016 .
↑ "ルール変更のお知らせ" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 dekanr 2016 .
↑ "乱入バトル確変中!" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 dekabr 2016 .
↑ "サーバーメンテナンス中です" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-05-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 dekabr 2016 .
↑ "File not found" . Magical Girls Raising Project (rəsmi sayt) (yaponca) . 2021-08-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 dekabr 2016 .
Anime serialları Anime filmləri OVA/ONA-lar