Mahir Əliyev (azərb. Əliyev Mahir Məhəmməd oğlu; 30 noyabr 1956, Qasım İsmayılov rayonu – 10 aprel 2021, Bakı) — Tibb üzrə elmlər doktoru (2011), Professor (2018).
Mahir Əliyev | |
---|---|
Mahir Məmməd oğlu Əliyev | |
Doğum tarixi | 30 noyabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 2021 (64 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Odontologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
30 noyabr 1956-cı ildə Goranboy rayonunda anadan olmuşdur.[1] 1963–1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxumuşdur.[2] 1973–1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, 1991–2017-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru olmuşdur.
10 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3]
1978–1982-ci illərdə Baki şəhəri, 5 saylı stomatoloji poliklinikasında və Respublika Stomatoloji Mərkəzində — həkim-stomatoloq işləmişdir. 1982–1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda məqsədli aspirantura təhsilini almışdır.
1986-cı ildə tibb elmləri namizədi, 1991-ci ildə dosent (AAK), 2011-ci ildə Tibb üzrə elmlər doktoru, 2018-ci ildə professor adını almışdır.
Terapevtik Stomatologiya sahəsində 170-dən çox elmi nəşr (o cümlədən, 3 dərslik, 10-dan çox dərs vəsaiti, 2 patent, 4 səmərələşdirici təklif) olunmuşdur.[4]