Balharı — Azərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur.
Balharı çayı | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon |
|
Mənbəyi | Talış dağları |
• Yüksəkliyi | 1716 m |
Mənsəbi | Mahmudçala gölü |
Uzunluğu | 163 km |
Hövzəsinin sahəsi | 2170 km² |
|
Balharı çayının suyunun səmərəli istifadəsi məqsədilə çayın üzərində Balharı su anbarı tikilmişdir. Muğan düzündə suvarılmada Balharı çaynıın müstəsna əhəmiyyəti var.
Bolqarçay Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisindən axır. İran ərazisində Qaracadağın şimal yamacından başlayıb. Biləsuvar rayonunda Mahmudçala gölünə tökülür. Orta axarında İranla sərhəd xəttini təşkil edir. Yay fəslində suyu quruyur. Suvarmada istifadə olunur. Talışlar arasında Bolharu, VII əsrə aid mənbələrdə Baranrud, XIV əsrdə Bacrəvançay formasında qeydə alınmışdır. .
31 may 2023-cü ildə çayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir.[1]