Mahmud Cəlaləddin Paşa (1853–1903)

Mahmud Cəlaləddin Paşa (1853[1], Konstantinopol1903[1], Brüssel və ya Brüssel[d]) — Kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin atası və Osmanlı dövlət adamı.

Mahmud Cəlaləddin Paşa
محمود جلال الدين باشا
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi Şablon:Ssubst:DT
Vəfat yeri
Dəfn yeri Xəlil Rüfət Paşa türbəsi
Partiya
Fəaliyyəti siyasətçi, yazıçı, şair, dövlət xadimi
Atası Xəlil Rüfət Paşa
Anası İsmət xanım
Həyat yoldaşları İffət xanım
Səniha Sultan
Uşaqları Rüfət bəy
Fuad bəy
Əli Bidar bəy
Mehmed Səbahəddin bəy
Əhməd Lütfullah bəy
Dini Sünni, İslam

1853-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı dövlətinə 4 dəfə kaptan-ı dərya olan Xəlil Rüfət Paşa, anası isə onun ikinci xanımı İsmət xanım idi. Atasını kiçik yaşlarında itirən Mahmud Cəlaləddin Paşa ögey anası (Saliha Sultan) sultan olduğu üçün sarayda xüsusi təhsil aldı. Müxtəlif dövlət işlərində çalışdıqdan sonra Paris səfirliyində 2 il xidmət etdi və fransız dilini mükəmməl şəkildə öyrəndi.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sultan Muradın qısa müddətlik səltənətindən sonra Sultan Əbdülhəmidin taxta çıxması ilə sultanın ən yaxın adamlarından biri oldu. 30 mart 1877-ci ildə vəzirlik rütbəsi aldı və 18 aprel 1878-ci ildə ədliyyə naziri olaraq Mehmed Sadiq Paşa hökumətində xidmət etdi. Ədliyə nazirliyi illərində islahatlar keçirdi. Sultanın cülusu səbəbilə çıxan əfv qanunun miqyasını genişləndirdi və ömürlük həbs cəzası alan şəxslərin cəzasında endirimlər etdi.

Ancaq Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə bir neçə ay sonra nazirlikdən alınmışdır. Daha sonra bu hadisəylə heç bir əlaqəsinin olmadığı sübut edildi və müxtəlif dövlət vəzifələri təklif edilsə də, bu vəzifələri qəbul etmədi. Mahmud Cəlaləddin Paşa rəsmi bir vəzifədə olmadığı bu illər ərzində yaşadığı köşkü ədəbiyyat ocağına çevirdi. Asəf təxəllüsü ilə şeirlə yazan paşa, övladlarının təhsili ilə yaxından məşğul oldu. Bağdad dəmiryolu layihəsinin ingilislərə verilməsi üçün vasitəçilik etsə də, layihənin almanlara verilməsi ilə sarayla olan münasibətləri tamamilə kəsildi.

Mühacirət illəri

[redaktə | mənbəni redaktə et]

1899-cu ildə Sultan Əbdülhəmidə olan müxalifliyi səbəbilə övladları Səbahəddin və Lütfullah bəylə birlikdə Avropaya qaçdı. Əvvəlcə Marseldə, ardından Parisdə məskunlaşdı. Avropadakı Sultan Əbdülhəmid əleyhdarları tərəfindən rəğbətlə qarşılandı. Cenevrədə nəşr olunan Osmanlı qəzetinin vəziyyəti ilə bağlı övladlarıyla birlikdə Cenevrəyə getdi.

Naşiri olduğu Osmanlı qəzetini Londonda dərc etdirmək üçün 29 mayda İngiltərəyə getdi və 1 iyuldan etibarən qəzet Londonda nəşr olunmağa başlandı. Qəzetin 1 aprel 1900 tarixli nəşrində Sultan Əbdülhəmidə xitabən olduqca sərt dillə bayram təbriki yazdı. Saray isə kürəkənini geri qaytarmaq üçün əlindən gələni edirdi.

Paşa və övladları İstanbul hökumətinin təzyiqləri nəticəsində Londondan ayrıldı və Misir xədivi Abbas Hilmi Paşanın dəvətiylə Misirə getdi. Burada yazdığı 2 əsəri dərc etdirdi. Misir xədivi onun və övladlarının İstanbula qayıtması üçün təkid etsə də, bu təkidlərdən bezən Mahmud Cəlaləddin Paşa Parisə qayıtdı. Ancaq Parisin iqlimi səhhətinə pis təsir etdiyi üçün yolunu dəyişərək Korfu adasında qaldı. Ancaq bu vəziyyət Yunanıstan-Osmanlı münasibətlərini gərginləşdirdi. Bu əsnada paşanın səhhəti pisləşdi və Fransaya qayıtdı. Burada 4 fevral 1902 tarixində keçirilən I Jön türk konqresinin fəxri öndəri oldu.

Paşa böyrək xəstəsi idi. Qışı keçirməsi üçün gətirildiyi Brüsseldə 1903-cü ildə vəfat etdi. Sultan Əbdülhəmid cənazənin ölkəyə gətirilməsini istəsə də, övladları ölkədə məşrutiyyət elan edilmədikcə cənazənin ölkəyə gətirilməyəcəyini bildirdi. Paşanın cənazəsi Fransadakı türk məzarlığına dəfn edildi. İkinci məşrutiyyətin elan edilməsinin ardından 1908-ci ildə paşanın məzarı açıldı və cənazə İstanbula gətirilərək Əyyubsultanda atasının türbəsinə dəfn olundu.

İlk evliliyi İffət xanımla baş tutdu və bu nigahdan Rüfət, Fuad, Əli Bidar adlı 3 oğlu dünyaya gəldi. II Əbdülhəmidin səltənəti dövründə 4 dekabr 1876-cı ildə padşahın bacısı Səniha Sultanla evləndirildi. Sultanla evləndiyi üçün ilk nigahı ləğv edildi. Ancaq ilk ailəsi ilə heç vaxt əlaqələrini qoparmadı. İkinci evliliyindən Mehmed Səbahəddin və Əhməd Lütfullah adlı 2 oğlu oldu.

  1. 1 2 Asaf // Faceted Application of Subject Terminology.