Mahmud Teymur (ərəb. محمود تيمور) (16 iyun 1894[1][2], Qahirə – 25 avqust 1973[1][2], Lozanna) — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur.
Mahmud Teymur | |
---|---|
ərəb. محمود تيمور | |
Doğum tarixi | 16 iyun 1894[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 25 avqust 1973[1][2] (79 yaşında) |
Vəfat yeri | |
Atası | Əhməd Teymur[d] |
Fəaliyyəti | yazıçı, jurnalist |
Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.