Mak-Klur boğazı — Kanada Arktik arxipelaqına daxil olan Melvill, Şahzadə Patrik Eqlinton adaları ilə Banks adasını ayırır. Kanadanın qərbində Kanada Arktik arxipelaqından keçən Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır[1]. Şərqdə Bofort dənizi, qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşir. Uzunluğu 400 km, eni isə ən dar yerdə 88 km, gen yerdə isə, dərinliyi 472 m, orta dərinliyi 300 m təşkil edir. Qütb dairəsi daxilində yerləşməsi onun ilin böyük qisminin buzla örtülü olmasına səbəb olur. Buzqıran gəmilərin sayəsində avqust və sentyabr ayları ərzində naviqasiya təmin edilir. Boğazdan ilk buzqıran gəmi 1954-cü ildə keçmişdir. 1960-cı ildə boğazdan USS Seadragon, 1962-ci ildə USS Skate sualtı qayıqları keçmişdir[2]. Qlobal istilərlə əlaqədar 2007-ci ildə boğaz ilk dəfə buzdan azad olmuşdur. Anoloji hadisə 2010-cu ildə yenidən təkrarlanır. Boğazdan ilk dəfə ingilis dənizçisi Robert Mak-Klur 1851-ci ildə keçmişdir və onun şərəfinə adlandırılmışdır.
Mak-Klur boğazı | |
---|---|
ing. M'Clure Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum |
Yerləşməsi | |
74°30′00″ şm. e. 117°00′00″ q. u. | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Kanada Arktik arxipelaqına daxil adaları ayırır |
|
|
|