Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir[1]. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir. Boğazı ilk dəfə Vilyam Parri 1819-cu ildə keçmiş və onu Britaniya Admirallığının ikinci müavini Con Barrounun şərəfinə adlandırır.
Barrou boğazı | |
---|---|
ing. Barrow Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum 45-106 km |
Uzunluğu | 270 km |
Yerləşməsi | |
74°23′00″ şm. e. 97°48′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Kanada Arktik arxipelaqına daxil adaları |
|
|
|