Lankaster boğazı (ing. Lancaster Sound ) — boğaz Kanada Arktik arxipelaqına daxil olan Baffin Torpağı və Baylot adalarını Devon adasından ayırır.
Lankaster boğazı | |
---|---|
ing. Lancaster Sound | |
Ümumi məlumatlar | |
Eni | minimum 80 km |
Uzunluğu | 400 km |
Yerləşməsi | |
71°13′00″ şm. e. 84°00′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Baffin Torpağı və Baylot adalarını Devon adasından |
|
|
|
Boğaz Kanada Arktik arxipelaqının şərqində Şimal-Qərb keçidinin üzərində yerləşir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Mak-Klur boğazı kimi keçidlərin ardını təşkil edir. Qərbində Barrou, cənub-qərbdə Şahzadə Rinjet boğazları ilə qovuşur. Boğaz Şimal Buzlu okeanına daxil olan Baffin dənizini Butiya körfəzi ilə birləşdirir.
Boğazın maksimal eni 80 km, minimal eni 50 km, uzunluğu 400 km təşkil edir. Maksimal dərinlik 1232 m, minimal dərinlik137 m-dir[1]. Boğaz qütb dairəsi daxilində yerləşir və ilin 9–10 ayı buzla örtülü olur. Buzqıran gəmilərin sayəsində naviqasiya yayın ortalarından qar düşənədək davam edir.
Boğaz 1616-cı ildə ingilis dənizçisi Vilyam Baffin tərəfindən kəşf edilmiş və naviqator Ceyms Lankasterin şərəfinə adlandırmışdır. 1818-ci ildə britaniyalı araşdırmaçı Con Ross boğazı bağlı hesab etmişdir. Boğaz Kanadanın xüsusi proqramı sayəsində öyrənilmişdir. Bu proqram 1930-cu illədən başlayaraq 1950-ci illərə qədər davam etmişdir.
XIX əsrdə boğazda balina ovu geniş yayılmışdır. XX əsrdə Baffin Torpağı (Nanisivik) ərazisində sinq yatağı aşkarlanır və 1975-ci ildən 2002-ci ilə qədər hasilat həyata keçirilmişdir. Beynəlxalq bazarda qiymətin ucuzlaşması ilə istehsalat dayanmışdır.
Boğaz güclü axınların sayəsində canlılar aləmi ilə zəngindir. Ərazidə dəniz quşları, məməlilər və balıqlar çoxdur. Baybot adasında (Lankaster boğazının şərqində) 3 milyona yaxın təkcə dəniz quşu yuva qurur[2]. Lankaster boğazı hövzəsində 70 növ quş yumurta qoyur. Ərazidə kök kayra, adı moevka, qütb susüpürəni, adı təmizçi, ağ qağayı, Ağ qaz kimi quşlara rast gəlinir.
Boğaz sularında və sahillərində morj, ağ ayı, osa, adi saqqallı suiti, Qrenlandiya suitisi və ağ balina kimi canlılar yaşayır. Peseçə demək olar ki, hər yerdə rast gəlinir. Çay və körfəzlərdə forel balıqları vardır.
Boğaz ərazisi özünün unikallığı ilə seçilir. Ərazi nadir canlıların məskənidir. Burada Qrenlandiya balinası, ağ ayı və Kanada quşlarının ⅓-i vardır. Ərazi ardıcıl boğazlar şəbəkəsinin bir hissəsini təşkil edir: Şahzadə Ridjet, Barrou, Cons, Kuins, Qleyşer, Vellinqton və Ledi-Ann, Butiya Kommitti və Ber körfəzləri.[3]. Ərazinin bütünlüklə qorunması haqqında danışıqlar gedir. Bununla belə boğazın bir hissəsində Sirmilik Milli parkı vardır. Qalan hissənin çirklənmə təhlükəsi vardır.
Boğaz akvatoriyası sahillərində zəngin neft və qaz yataqları vardır. Xüsusilə şərq sahilləri bu baxımdan fərqlənir. 70-ci illərdə neftin qiymətinin qalxması neft çıxarılmasını vacib edirdi. Araşdırmalar onu göstərdi ki, ərazidə 10 milyard barel neft ehtiyatı var[4].
8 dekabr 2009-cu ildə Ətraf Mühitin qoruması naziri Jim Prentice yeni parkın yaradılması üçün 5 milyon dollar ayrıldığını birdirdi. 2010-cu ilin iyun ayında ildə Kanada geoloqları ərazidə 600 saatlıq təcrübə aparılması haqqında qərar qəbul edirlər. 8 avqust 2010-cu ildə Nunavut yerli hakimiyyəti partlayışların dayandırılması üçün qərar qəbul edir. 6 dekabr 2010-cu ildə federal hökumət təzyiqlərin (mitinq və çıxışlar) nəticəsində geri çəkilməli olur və artıq Lankaster boğazında yeni parkın sərhədlərinin müəyyənləşdirildiyi bildirildi[5][6].