Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir.
Erebus vulkanı | |
---|---|
Mount Erebus | |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Transantarktika dağları |
Növü | Startovulkan |
Kraterin diametri | 805 m |
Kraterin dərinliyi | 274 m |
Son püskürmə | 2011 |
Tərkibi | bazalt |
Mütləq hündürlüyü | 3794 m |
Yerləşməsi | |
77°32′ c. e. 167°14′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır.
Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır. Ekspedisiyanın məqsədi Cənub qütbünə çatmaq olur.[1].
Gəmi və vulkan qədim yunan mifalogiyası tanrılardan biri olan Erebin şərəfinə adlandırılıb. Ereb Xaosdan törəyib.
Vulkan dünyanın ən aktiv vulkanlarından birodir. Sınma zolağında yerləşməsi nəticəsində qüçlü qaz partlayışları baş verir. Azot və metan qazlarının sıçrayışı Stratosferə qədər yükşəlir və Ozonu dağıdır. Ozon təbəqəsinin ən nazik hissəsi Ross dənizi, xüsusi ilə Erebus vulkanı üzərində yerləşir.
28 noyabr 1979 vulkanın ətəyinə Yeni Zelandiyanın Air New Zealand şirətinə məxsus DC-10 sərnişin təyyarəsi qəzaya uğramışdır. Bu qəza nəticəsində 257 nəfər həlak olur və onların 200 nəfəri yeni zelandiyalı idi[2].