Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur.
Makalu Barun Milli Parkı | |
---|---|
nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1.500 km2 ha |
Yaradılma tarixi | 1992 |
İdarəetmə orqanı | Nepal Milli Park və Vəhşi Təbiət Qoruğu Departamenti, Nepal Torpaq və Meşə Mühafizəsi Nazirliyi |
Yerləşməsi | |
27°45′25″ şm. e. 87°06′49″ ş. u.HGYO | |
Ölkə | Nepal |
Rayon | Solukhumbu və Sankxuvasabxa |
dnpwc.gov.np/protected_a… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır.[1]
Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.[2] Milli park şimalda yerləşən Tibet muxtar regionundakı Comolunqma Milli Təbiət Qoruğu ilə beynəlxalq sərhədə malikdir.[3]
Qoruq ərazisi Müqəddəs Himalay landşaftının bir hissəsidir.[4]
Qoruq ərazisinin zəngin faunası var. Burada 315 kəpənək növü, 43 növ sürünən və 16 növ suda-quruda yaşayan qeydə alınmışdır. Çaylarda, göllərdə və gölməçələrdə 78 növ balıq yaşayır.[3] Ornitoloqlar milli parkda 440 quş növü aşkarlamışdırlar. Bu quş növləri arasında qartallar, digər yırtıcı quşlar, Ciconia episcopus, Nectariniidae fəsiləsi aiddir. Milli parkda 16 çox nadir quş növü yaşayır: Psittacula krameri, Alcedo hercules, Alcedo meninting, Hydrornis nipalensis, Cyornis unicolor, Melanochlora sultanea, Leiothrix argentauris, Turdoides nipalensis və Yuhina bakeri.
Burada 88 məməli növü qeydə alınmışdır: irbis, bəbir, adi boz bəbir, qamışlıq pişiyi, benqal pişiyi, çaqqal, Canis himalayensis, qırmızı tülkü, qırmızı panda, Asiya qara ayısı, qulmanlar, Macaca assamensis, Hemitragus jemlahicus, Naemorhedus goral, muntjak, müşk maralı, Capricornis thar, çöldonuzu, uçan sincab, susamuru, Prionodon pardicolor, dağ gəliciyi, marmot və s.[3] 2009-cu ilin mayında 2.517 metr yüksəklikdə zooloqlar ilk dəfə Asiya qızıl pişiyinin şəklini əldə etmişdilər.[5]