Əriştə

Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr.

Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir.

Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər.

Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e. 25-220) aiddir.[1] Buğda xəmiridən hazırlanmış əriştə Han dövründə yaşayan camaat üçün vacib yemək olub.[2] 2005-ci ildə areoloqlar Lacia arxeoloji qazıntılar məkanıda aşkar olunmuş bir gil fincanda 4000 illik əriştəni tapmışlar. Deyilənə görə, bu əriştə müasir lamian əriştəsinə oxşayırdı.[3]

  1. Roach, John. "4,000-Year-Old Noodles Found in China". National Geographic. 12 October 2005: 1–2. 28 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2022.
  2. Sinclair, Thomas R.; Sinclair, Carol Janas. Bread, beer, and the seeds of change: Agriculture's imprint on world history. Wallingford: CABI. 2010. səh. 91. ISBN 978-1-84593-704-1.
  3. Lu, Houyuan; Yang, Xiaoyan; Ye, Maolin; və b. "Culinary archaeology: Millet noodles in Late Neolithic China". Nature. 437 (7061). 13 October 2005: 967–968. Bibcode:2005Natur.437..967L. doi:10.1038/437967a. PMID 16222289.