Makdonald qardaşları

Riçard Ceyms Makdonald (16 fevral 1909 – 14 iyul 1998) və Moris Ceyms Makdonald (26 noyabr 1902 – 11 dekabr 1971) — McDonald's-ın qurucusu olan amerikalı sahibkar iki qardaş. Onların qurduğu sürətli xidmət sistemi indi daha çox fastfud olaraq tanınır.[1]

Riçard Ceyms Makdonald
ing. Richard James McDonald
Doğum tarixi
Doğum yeri Mançester, Nyu-Hempşir, ABŞ
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Bedford, Nyu-Hempşir, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri Mount Kalvar məzarlığı, Mançester, Nyu-Hempşir, ABŞ
Vətəndaşlığı ABŞ
Milliyyəti amerikalı
İxtisası sahibkarlıq
Tanınır McDonald's ortaq qurucusu
Moris Ceyms Makdonald
Maurice James McDonald
Doğum tarixi
Doğum yeri Mançester, Nyu-Hempşir, ABŞ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Riversayd, Kaliforniya, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri Desert Memerial Park məzarlığı, Kaliforniya, ABŞ
Vətəndaşlığı ABŞ
Milliyyəti amerikalı
İxtisası sahibkarlıq
Tanınır McDonald's ortaq qurucusu

Erkən ailə həyatları

[redaktə | mənbəni redaktə et]

Makdonald qardaşları Mançester, Nyu-Hempşirdə Patrik və Marqarita Makdonaldın övladları olaraq dünyaya gəliblər. Valideynləri hələ uşaq olarkən ABŞ-yə gəlmiş irland immiqrantlar idi.[2]

Sahibkarlıq fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Makdonald qardaşları 1937-ci ildə Monrovia, Kaliforniyada hot-doq stendi açaraq fəaliyyətlərinə başladılar. Onların ilham mənbəyi şəhərdə yarış pistində yerləşən hot-doq stendi idi. Lakin yarış mövsümü bitdikdən sonra onların müştəriləri azalmağa başlamışdı.

Moris, təxminən 100.000 nəfər əhalisi olan və əhalisinin böyük qismi işçi sinfindən ibarət olan San Bernardino şəhərində daha böyük hot-doq restoranı açmağa qərar verdi. Bir çox bankın rədd təklifindən sonra nəhayət 1940-cı ildə Bank of Amerikanın verdiyi kreditlə o, restoranı aça bildi. Uğurlu fəaliyyətə başlayan yeni restoranın gəliri bir il ərzində 40 min dollar olmuşdu. Restoranın əsas müştəriləri isə yeniyetmə və gənc kişilər idi.

Bir neçə il iş gördükdən sonra, qardaşlar qazandıqları təcrübələrə əsasən iş modellərini yeniləmək üçün planlar qurmağa başladılar. Onlardan biri kişi müştərilərlə söhbətə çox vaxt ayıran qadın işçiləri dəyişmək və hamburgerlərin satışını çoxaltmaq idi. Buna səbəb burgerlərin hazırlanmasına gedən vaxtın sendviçdən daha az olması idi.

1948-ci ildə qardaşlar restoranı yenidən dizayn edərək fəaliyyət istiqamətlərini daha çox hamburger, milkşeyk və fri kartoflarına[3] çevirdilər. Yeni McDonald's daha fərqli işləyirdi:

  • Artıq gözləyən işçilər yox satış piştaxtaları var idi.
  • Hamburgerlər əvvəlcədən hazırlanır və isti saxlanılırdı
  • Mətbəx isə qazandıqları təcrübələrdən sonra özlərinə daha uyğun dizayn olunmuşdu

Qardaşlar 1953-cü ildə françayzinq başladılar və növbəti restoran Feniks, Arizonada Neil Foksun idarəçiliyi ilə fəaliyyətə başladı.[3]

1954-cü ildə McDonald qardaşları Rey Krok ilə ortaq oldu.

Ölümləri və mirasları

[redaktə | mənbəni redaktə et]

Moris Makdonald, 11 dekabr 1971-ci il tarixində Kaliforniya ştatının Riversayd şəhərində 69 yaşında ürək tutmasından öldü. Kaliforniyanın Katedral şəhərindəki Desert Memerial Park məzarlığında dəfn olundu.[4] Riçard MakDonald, 14 iyul 1998-ci ildə, 89 yaşında, Nyu-Hempşir, Mancçesterdəki qocalar evində ürək çatışmazlığından öldü.[5]

2016-cı il istehsalı Rey Krok haqqındakı "The Founder" filmində, Riçard Makdonald Nik Offerman, Moris Makdonald isə Con Karrol təfədindən canlandırılıb.

  1. "McDonald's haqqında faydalı məlumat". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  2. "Arxivlənmiş surət". 2013-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  3. 1 2 "Arxivlənmiş surət". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  4. "Arxivlənmiş surət". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.
  5. "Arxivlənmiş surət". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.