Makroiqtisadi fikirlərin tarixi

Composite image of various people related to macroeconomic theory.
Yuxarı sətr: Fisher, Keynes, Modigliani
Orta sətr: Solow, Friedman, Schwartz
Aşağı sətr: Sargent, Fischer, Prescott

İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlikböhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb[1].

Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər[2]. Robert Lukas və digər neoklassik makroiqtisadçılar Keyns modelini rasional gözləmələri nəzərə almadığı və mikroiqtisadi əsaslar üzərində qurulmadığını üçün tənqid ediblər.

Yeni klassik məktəb real biznes tsiklləri nəzəriyyəsi (RBT) ilə kluminasiya nöktəsinə çatdı. Əvvəlki klassik iqtisadi modelllər kimi, RBT modeli də hesab edirdi ki, bazarlar tarazlıqdadır və biznes tsiklləri tələbdəki yox, texnologiya və təklifdəki dəyişikliklər səbəbindən baş verir. Yeni kensçilər yeni klassiklərə bir çox tənqidlər ünvanladılar və yeni klassiklər də eyni ilə hərəkət edirdilər. Bundan sonra yeni noeklassik sintez meydana gəldi. Belə ki, bu həm yeni klassik məktəbin, həm də yeni keynsçilərin ideyalarını özündə birləşdirirdi. Bəzi iqtisadçılar isə bu iki məktəbin qısa müddətli iqtisadiyyatla bağlı müzakirələrindən qaçaraq, uzunmüddətli iqtisadi artım nəzəriyyələrini hazırladılar[3]. Necə ki, Böyük Depresiya dövlətin iqtisadiyyata müdaxiləsinin əhəmiyyətini ortaya çıxardı, son baş verən hadisələr isə diqqəti heterodoks məktəbinə çevirir.

Keyns məktəbi

[redaktə | mənbəni redaktə et]

Demək olar ki, modern makroiqtisadiyyat Con Menyard Keyns və onun “Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi” kitabı ilə bağlıdır. Keyns likvid üstünlüklər konsepsiyasını inkişaf etdirib və iqtisadiyyatın necə işlədiyi ilə bağlı ümumi nəzəriyyə formalaşdırıb. Keyns öz nəzəriyyəsində ilk dəfə monetar və real iqtisadi faktorlara toxunub[4], işsizliyi və iqtisadi sabitliyə çatmanın yollarını izah edib[5].

Bu məktəbin davamçıları Keyns modelinin dəqiq konsepsiyası və mexanizminin yaradılması üzərində çalışıblar. Kenys məktəbinin ortodoksal qolu adlanan bir qrup iqtisadçı Keyns modeli ilə klassiklərin mikroiqtisadi düşünçələrini birləşdirərək “neoklassik sintez” yaradmışdılar [6]. Bu sintez 1940-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər hakim mövqe tutmuşdu[7]. Bu vaxtlar Kensçilərin iki qolu seçilirdi. Bir qrup Keynsin qeyri-tarazlıq ideyası üzərində cəmləşmişdi, digərləri isə keynsin nəzəriyyəsinə fundamentalist mövqedən yanaşırdılar və heterodoks post-Keynsçi ənənəni başlatdılar [8].

Milton Fridman Keynsin makroiqtisadi nəzəriyyəsinə alternariv olan nəzəriyyə olan monetarizmi inkişaf etdirdi. Ümumilikdə, monetarizim pulun təklifinin iqtisadiyyata necə təsir etdiyini öyrənir [9]. Monetarizmin ilk yarandığı 1950-60-cı illərdə kensçilər pulun inflyasiyada və biznes tsilklərinə təsirini inkar etdilər, monetaristlər isə birbaşa olaraq bunu müdafiə edirdilər [2].

Yeni klassik məktəb

[redaktə | mənbəni redaktə et]

Yeni klassik məktəb monetarizmdən formalaşıb və Keyns məktəbinə qarşı yeni iddealar irəli sürüblər [10]. İlk vaxtlar yeni klassiklər özlərini monetarist hesab edirdilər[11], amma sonra yeni məktəbi formalaşdırdılar [12]. Onlar monetaristlərdən fərqli olaraq monetar siyasətin iqtisadiyyatı sistematik idarə edəcəyinə inanmırdılar və sonda real biznes tsiklləri nəzəriyyəsini yaratdılar [13].

Yeni keynsçilər

[redaktə | mənbəni redaktə et]

Yeni klassiklər neoklassik sintezi tənqid edirdilər, çünki bu sintez özündə Valrasın mikroiqtisadi bazar tarazlığı modelini, həm də Keynsin makroiqtisadi qeyri-tarazlıq modellərini birləşdirirdi. Yeni kensçilər bu paradoksla tanış idilər amma, yeni klassiklər kensin ideyalarını tənqid edəndən sonra, yeni kensçilərdə Valrasın bazar tarazlığı ideyasından imtina etdilər [14]. 1970-80-ci illərdə yeni kensçilər inhisarçı rəqabət bazarını, yapışqan qiymətləri və digər mikroiqtisadi hadisələrin necə keynsçi makroiqtisadiyyatla uzlaşdığını tədqiq ediblər [15].

  • Snowdon, Brian; Vane, Howard (2005). Modern Macroeconomics. Cheltenham, UK: Edward Elgar. ISBN 978-1-84542-208-0.
  • McCallum, Bennett T. (2008). "Monetarism". The Concise Encyclopedia of Economics. Library of Economics and Liberty. Retrieved 27 June 2010.
  • Mankiw, N. Gregory (2006). "The Macroeconomist as Scientist and Engineer". Journal of Economic Perspectives 20 (4): 29–46.
  • Blanchard, Olivier (2000). "What Do We Know About Macroeconomics That Fisher and Wicksell Did Not?". Quarterly Journal of Economics 115 (4): 1375–1409.
  • Patinkin, Dan (2008). Durlauf, Steven N.; Blume, Lawrence E., eds. "The New Palgrave Dictionary of Economics". The New Palgrave Dictionary of Economics (Palgrave Macmillan).
  • Fletcher, Gordon (2002). "Neoclassical Synthesis". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. pp. 522–525.
  • Froyen, Richard (1990). Macroeconomics, Theories and Policies (3rd ed.). New York: Macmillan.
  • Case, Karl E.; Fair, Ray C. (2006). Principles of Economics. Englewood Cliffs: Prentice Hall.
  • Romer, David (1993). "The New Keynesian Synthesis". The Journal of Economic Perspectives 7 (1): 5–22.
  1. Snowdon, Vane, 2005. səh. 69
  2. 1 2 McCallum, 2008
  3. Mankiw, 2006. səh. 37–38
  4. Blanchard, 2000. səh. 1378–1379
  5. Patinkin, 2008
  6. Snowdon, Vane, 2005. səh. 70–71
  7. Fletcher, 2002. səh. 522
  8. Snowdon, Vane, 2005. səh. 71
  9. Case, Fair, 2006. səh. 684
  10. Mankiw, 2006. səh. 5
  11. Snowdon, Vane, 2005. səh. 222
  12. Froyen, 1990. səh. 333
  13. Fischer, 2008
  14. Romer, 1993. səh. 6
  15. Mankiw, 2006. səh. 36