Stenli Fişer (ivr. סטנלי פישר; 15 oktyabr 1943[1]) — 2014-2017-ci illərdə Federal Ehtiyat Sisteminin 20-ci sədr müavini vəzifəsində çalışmış İsrail əsilli amerikalı iqtisadçı. Fişer bundan əvvəl 2005-2013-cü illərdə İsrail Mərkəzi Bankının 8-ci sədri vəzifəsində çalışıb. Şimali Rodeziyada (indiki Zambiya) anadan olub, İsrail və ABŞ-də ikili vətəndaşlığa malikdir.[3] O, əvvəllər Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini və Dünya Bankının baş iqtisadçısı vəzifələrində çalışıb.[4] 10 yanvar 2014-cü ildə Prezident Barak Obama Fişeri ABŞ Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədr müavini vəzifəsinə irəli sürdü. O, Blackrock-da baş məsləhətçidir.[5] 6 sentyabr 2017-ci ildə Stenli Fişer 74-cü doğum gününə az qalmış, 13 oktyabr 2017-ci il tarixindən etibarən şəxsi səbəblərə görə sədr müavini vəzifəsindən istefa verdiyini açıqladı.[6]
Stenli Fişer | |
---|---|
ing. Stanley Fischer | |
Doğum tarixi | 15 oktyabr 1943[1] (81 yaş) |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, pedaqoq, yazıçı, professor, bankir[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |