Franko Modilyani (ing. Franco Modigliani) (18 iyun 1918 - 25 sentyabr 2003) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyat və statistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi. 1948-ci ildə İllinoys Universitetinə iqtisadiyyat professoru kimi təyinat almışdı. 1950-1960-cı illərin əvvəllərinə qədər ABŞ-də Karnegi Mellon Universitetinin Sənaye Müəssisəsi Məzunları Məktəbində professor olaraq işləmişdi. Franko Modilyani 1962-ci ildə Massaçusets Texnologiya İnstitutuna professor kimi təyinat almış və ömrünün sonuna qədər orada dərs keçmişdi. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.
Franko Modilyani 25 sentyabr 2003-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində 85 yaşında olarkən vəfat etmişdi.
Franko Modilyani iqtisadiyyata iki yeni töhfəsi ilə məşhurlaşmışdı:
- İqtisadiyyatın ümumi qənaət həcmini açıqlamaqla bağlı həyat dövrləri hipotezini meydana gətirmişdi. Bu hipotezə görə bir iqtisadiyyatda fərdlər həyatları boyunca stasionar-balanslı istehlak səviyyəsini qorumaq məqsədi güdürlər. Buna görə də fərdlər iş həyatına başladığı zaman borclanıb heç qənaət etməməkdə, iş həyatlarını təkmilləşdirdikcə qənaət edib köhnə borclarını ödəyib təqaüdə çıxdığı zamanda gəlirləri olmadığı vaxtdakı istehlaklarını qarşılamaq üçün qənaət edib kapital yaratmaqda və təqaüd vaxtlarında isə əvvəlki qənaətlərindən istifadə etməkdədirlər.
- Başqa bir ABŞ iqtisadçısı Merton-Millerlə birlikdə şirkət maliyyəsi haqqında Modilyani-Miller teoremini meydana gətirmişdi. Bu teoremə görə müəyyən xüsusi və realistik bir sıra ehtimallar baş verərsə, bir firmanın istehsalını maliyyələşdirməsi üçün səhm sənədlərinin satışı metodunu istifadə etməsi ilə əmtəəni bazardan borc alma metodu ilə maliyyə mənbəyi tapmağı arasında firmanın dəyərinə təsirləri baxımından heç bir fərq yoxdur.
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
|
---|
1969 – 1975 | |
---|
1976 – 2000 | 1976 - Milton Fridmen • 1977 - Bertil Ulin, Ceyms Mid • 1978 - Herbert Saymon • 1979 - Teodor Şults, Artur Lyuis • 1980 - Lorens Kleyn • 1981 - Ceyms Tobin • 1982 - Corc Stiqler • 1983 - Cerard Debre • 1984 - Riçard Stoun • 1985 - Franko Modilyani • 1986 - Ceyms Byukenen • 1987 - Robert Solou • 1988 - Moris Allays • 1989 - Trüqve Hovelmu • 1990 - Harri Markovits, Merton Miller, Uilyam Şarp • 1991 - Ronald Kouz • 1992 - Hari Bekker • 1993 - Robert Fogel, Duqlas Nort • 1994 - Con Xarsani, Con Neş, Reynhard Zelten • 1995 - Robert Lukas • 1996 - Ceyms Mirrlis, Uilyam Vikri • 1997 - Robert Merton, Mayron Şoulz • 1998 - Amartya Sen • 1999 - Robert Mandell • 2000 - Ceyms Hekman, Deniel Makfadden |
---|
2001 – indi | 2001 - Corc Akerlof, Maykl Spens, Cozef Stiqlits • 2002 - Deniel Kaneman, Vernon Smit • 2003 - Robert İnql, Kliv Qrendjer • 2004 - Finn Kidland, Edvard Preskott • 2005 - Robert Aumann, Tomas Şellinq • 2006 - Edmund Felps • 2007 - Leonid Qurvits, Erik Meskin, Rocer Mayerson • 2008 - Pol Kruqman • 2009 - Elinor Ostrom, Oliver Uilyamson • 2010 - Piter Daymond, Deyl Martinsen, Xristofor Pisserides • 2011 - Tomas Sercent, Xristofor Sims • 2012 - Elvin Rot, Lloyd Şepli • 2013 - Lars Piter Hansen, Robert Şiller, Yucin Fama • 2014 - Jan Tirol • 2015 - Enqus Diton • 2016 - Oliver Hart, Benqt Holmström • 2017 - Riçard Taler • 2018 - Uilyam Nordhos, Pol Romer • 2019 - Abirjit Banerji, Ester Düflo, Maykl Kremer |
---|