Robert Solou (ing. Robert Solow) (23 avqust 1924[2][3], Bruklin, Nyu-York ştatı – 21 dekabr 2023[4], Leksinqton[d], Massaçusets) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür.
Robert Solou | |
---|---|
ing. Robert Merton Solow | |
Doğum tarixi | 23 avqust 1924[2][3] |
Doğum yeri | |
Vəfat tarixi | 21 dekabr 2023[4] (99 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | makroiqtisadiyyat, iqtisadiyyat[1], İqtisadi artım[1] |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Vasili Leontyev[7] |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində yəhudi ailəsində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi.
Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı.
1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi.
1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı. Vasili Leontyevin rəhbərliyində tədqiqatlara başladı və giriş-çıxış hesabları üçün ilk maliyyə əmsallarını hazırladı. Daha sonra marağı ehtimal nəzəriyyəsi və statistikaya meylləndi.
1949–1950-ci illərdə Kolumbiya Universitetindən təqaüd qazanaraq intensiv şəkildə statistik işlərə başladı. Eyni zamanda işsizlik və əmək haqqı nisbətləri üçün gəlir paylanmasında Markov müddətini istifadə edərək yeni göstəricilər əldə etməyə çalışdı.
1949-cu ildə Kolumbiya Universitetinə getməmişdən əvvəl köməkçi professorluq üçün Massaçusets Texnologiya İnstitutunun iqtisadiyyat bölməsinə müraciət etdi və qəbul edildi. Massaçusets Texnologiya İnstitutunda statistika və ekonometrika üzrə tədqiqatlar apardı. Robert Solounun marağı getdikcə makroiqtisadiyyata meyllənməyə başladı. Təqribən 40 il bir yerdə işlədiyi Pol Samuelsonla birlikdə bir çox nəzəriyyə meydana gətirdilər: fon Neyman böyümə nəzəriyyəsi (1953), kapital nəzəriyyəsi (1956), xətti proqramlaşdırma (1958), Filips əyrisi (1960) və s.
Robert Solou bir çox ABŞ Federal hökumət layihələrində işlədi. Xüsusilə işsizlik, inkişaf siyasətləri və pul nəzəriyyəsi istiqamətlərinə diqqət göstərdi.
1961-ci ildə Amerikan İqtisadi Birliyinin (ing. American Economic Association) 40 yaşdan kiçik ən yaxşı iqtisadçılara verilən Con Beyts Klark medalına layiq görüldü. 1987-ci ildə iqtisadi inkişafla bağlı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1999-cu ildə isə Beynəlxalq Elm medalı ilə mükafatlandırıldı.