Hans Maks Huber (alm. Hans Max Huber; 28 dekabr 1874[1][2][…], Sürix[3] – 1 yanvar 1960[1][2][…], Sürix[3]) — İsveçrə hüquqşünası və diplomatı. Bir sıra beynəlxalq konfrans və qurumlarda İsveçrəni təmsil etmişdir. Lozanna, Sürix və Berlin universitetlərində hüquq təhsili almışdır. Huber 1902–1914-cü illərdə Sürix Universitetində beynəlxalq, konstitusiya və kanon hüququndan dərs demişdir. Birinci Dünya müharibəsi zamanı İsveçrənin Müdafiə və Xarici İşlər Nazirliyinə məsləhətçi olmuşdur. Həmçinin, 1922–1939-cu illərdə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin hakimi və 1925–1927-ci illərdə onun sədri kimi fəaliyyət göstərmişdir. O, 1928-ci ildə Haaqa Daimi Arbitraj məhkəməsində Amerika Birləşmiş Ştatları ilə Niderland arasında Palmas-Keys adası işində arbitr kimi fəaliyyət göstərmişdir. 1928–1944-cü illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik etmişdir.
Maks Huber | |
---|---|
![]() | |
Doğum tarixi | 28 dekabr 1874[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1960[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | hakim, diplomat, universitet müəllimi[d], hüquqşünas, siyasətçi |
Elmi dərəcəsi | |
Üzvlüyü |
|
![]() |