Malıbəyli Cümşüd

Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Malıbəyli Cümşüd
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Malıbəyli, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-xanəndə
Fəaliyyət illəri 1861–1915
Janrlar muğam, xalq mahnısı
Musiqi aləti qaval
Albom şirkəti Ekstrafon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur.[1] 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu.[2]

Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir.[3]

Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, ƏnzəliQəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur.[2]

Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.[2]

1913-cü ildə Kiyev şəhərində fəaliyyət göstərən "Ekstrafon" aksioner şirkətindən dəvət alan Cümşüd Kiyevə getmiş və burada "Segah", "Mahur", "Rast" muğamlarını və bir neçə təsnifi qrammofon valına yazdırmışdır.[2]

Malıbəyli Cümşüd 1915-ci ildə, təqribən 70 yaşında Şuşada vəfat etmişdir.[4]

  1. Малыбейли Джумшуд // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 147.
  2. 1 2 3 4 Фиридун Шушински. Малыбәјли Ҹүмшүд // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 101–102.
  3. Firidun Şuşinski. Malıbəyli Cümşüd // Azərbaycanın musiqi xəzinəsi. Bakı. 2015. S. 334–339.
  4. Malıbəyli Cümşüd // Muğam ensiklopediyası. Bakı. 2008. S. 122.