Malıbəyli məscidi

Malıbəyli məscidiŞuşanın Malıbəyli kəndinin mərkəzində yerləşən təkminarəli məscid. XX əsrin əvvəllərində məscidin minarəsi ermənilər tərəfindən uçurulub dağıdılmışdır.[1] Məscid yerli çay daşlarından Şərq üslubunda tikilmişdir. Qiymətli tarixi-memarlıq abidəsi olan Malıbəyli məscidinin XVIII əsrdə tikilməsi ehtimal olunur. Doqquz künbəzli bu məscidin hündürlüyü 7 metr idi. Bu künbəzlər 4 böyük sal daş sütunların üzərində qurulmuşdu. Sütunları oyma naxışlıdır. Məscidin künbəzləri bişmiş kərpicdən hörülmüşdür.[1]

Malıbəyli məscidi
39°50′19″ şm. e. 46°47′04″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa rayonu, Malıbəyli kəndi
Yerləşir Şuşa rayonu
Tikilmə tarixi XVIII əsrdə tikilməsi ehtimal olunur.
Üslubu islam memarlığı
Xəritədə yeri
Map

Məscidin sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk olunmuşdur. Yaraşıqlı sütunlar, divardakı oymalar mescidin geniş və hündür zalına xüsusi gözəllik verir. Bu tarixi memarlıq abidəsindən sonralar anbar kimi istifadə olunmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 kataloq.gomap.az. "Malıbəyli məscidi (Şuşa)" (az.). Nazim Tapdıqoğlu. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]