Manuel Qonsales

Manuel del Refuxio Qonsales Floores (isp. Manuel del Refugio González Flores; 18 iyun 1833[1]10 aprel 1893[1]) — Meksika hərbi və dövlət xadimi. O, 1 dekabr 1880-ci ildən 30 noyabr 1884-cü ilə qədər Meksika Prezidenti olmuşdur.

Manuel Qonsales
isp. José Manuel del Refugio González Flores
1 dekabr 1880 – 30 noyabr 1884
ƏvvəlkiPorfirio Dias
SonrakıPorfirio Dias
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1833(1833-06-18)[1]
Vəfat tarixi 10 aprel 1893(1893-04-10)[1] (59 yaşında)
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manuel Martínes 1853-cü ildə sıravi əsgər kimi orduya qatılmışdır. O, İslahat müharibəsində liberallarla vuruşmuşdur. Fransa müdaxiləsi zamanı Benito Xuaresə xidmətlərini təklif etmiş, Porfirio Diasın komandanlığı altında döyüşmüşdür. Milli Sarayın qubernatoru və Mexiko şəhərinin hərbi komandiri olmuş, gələcək üsyanlarda Diası dəstəkləmişdir. 1877-ci ildə Mixoakan qubernatoru olmuşdur, 1879-cu ildə Hərbi və Dəniz Qüvvələri naziri kimi xidmət etmiş və 1880-ci ildə Diasın dəstəyi ilə Meksika Prezidenti seçilmişdir. Rəhbərliyi dövründə dəmir yollarının tikintisinə və teleqraf şəbəkəsinin böyüməsinə kömək etmiş, Meksika Milli Bankını təsis etmişdir. Digər tərəfdən, o, ciddi maliyyə böhranı ilə üzləşməli olmuşdur.[2][3][4][5][6][7]

  1. 1 2 3 4 Manuel del Refugio González Flores Gonzalez // Annuaire prosopographique : la France savante. / red. B. Delmas, R. Mathis 2009.
  2. Biblioteca Digital UANL, Nuevo León, México, 1933 (isp.)
  3. Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D. F (INEHRM) (isp.)
  4. Gobernates de México, Panorama Editorial, 1985 (isp.)
  5. Gobernates de México, Editorial Universo, México, 1988 (isp.)
  6. Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971 (isp.)
  7. Resumen Histórico de los Gobernanes de México, Escorpio, S. A. de C. V., México, 1989 (isp.)

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Coerver, Don M. The Porfirian Interregnum: The Presidency of Manuel González of Mexico, 1880–1884. 1979.
  • Katz, Friedrich, "The Liberal Republic and the Porfiriato, 1867–1910" in Mexico Since Independnece, Leslie Bethell, ed. New York: Cambridge University Press 1991, pp. 49–124.
  • Cosío Villegas, Daniel, Historia Moderna de México, vol. 8. (1970), pp. 575–798.
  • "González, Manuel", Enciclopedia de México, vol. 6. Mexico City, 1996, ISBN 1-56409-016-7.
  • García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984.
  • Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, ISBN 968-38-0260-5.