Maqnetizm — fiziki fenomen olub, maqnit, maqnitləşmiş obyektlər və hərkətli elektrik yükləri arasında qüvvə münasibətini əks etdirir. Bu münasibət bir tərəfdən bu obyektlər tərəfindən yaradılan, digər tərəfdən onların özlərinə təsir edən maqnit sahəsində baş verir. Maqnetizmin yaranma formaları ümumi şəkildə elektrik yüklərinin hərəkətinə və ya elementar hissəciklərin maqnit momentinə gətirilir. Maqnetizm fizikada elektromaqnetizmin tərkib hissəsidir.
Maqnit sahəsi ilə qarşılıqlı münasibətinə görə maddələr bölünürlər:
- Maqnitə aid olmayanlar
- Diamaqnitlər, bunların molekulaları maqnit momentinə malik deyillər.
- Paramaqnitlər, sıfır olmayan lokal maqnit momentlərinə malikdirlər. Onlar sahə boyunca istiqamətlənirlər.
- Uzaq maqnit dərcəsinə malik olan maddələr:
- Ferromaqnitlər, maqnit sahəsində mikroskopik kiçik ölçüdə onların atom və molekulaların maqnit momentləri yaranır
- Antiferromaqnitlər, bu materiallarda maqnit sahəsinin təsiri nəticəsində kristalda bir-birinin əksinə yönəlmiş qəfəslər yaranır, nəticədə onlar sıfır maqnitləşmə yaradırlar.
- Yaxın maqnit dərəcəsinə malik olanlar:
- Spin şüşələr
- Hissəciklərin supermaqnit toplusu
- Molekulyar maqnitlər və klasterlər
- Plazma
- Elektron hissəciklər
Lüğətlər və ensiklopediyalar | |
---|
|