Robert Milliken

Robert Milliken (22 mart 1868[1][2][…]19 dekabr 1953[1][2][…], San Marino[d], Kaliforniya[5]) — Təməl elektrik yükü və fotoelektrikin təsiri üzərindəki işlərinə görə 1923-cü ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüş ABŞ fizikdir.

Robert Milliken
ing. Robert Andrews Millikan
Doğum tarixi 22 mart 1868(1868-03-22)[1][2][…]
Vəfat tarixi 19 dekabr 1953(1953-12-19)[1][2][…] (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d][6]
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Elmi rəhbərləri Albert Maykelson
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milliken Oberlin Universitetindən 1891-ci ildə məzun oldu və 1895-ci ildə Kolumbiya Universitetində doktorluq etdi. 1896-cı ildə Çikaqo Universitetində assistent oldu. Bundan 14 il sonra eyni universitetdə professor oldu.1909-cu ildə Milliken tək elektron daşıyan elektrik yükləri üzərində işə başladı. Yüklənən su damlacıqlarının elektrik sahəsində getdiyi yolu müşahidə etməyə başladı. Milliken 1910-cu ildə eyni təcrübəni suyun yerinə yağ istifadə edərək həyata keçirdi və daha təminedici nəticələr əldə etdi. (su yağa görə daha çox sürətli buxarlanırdı.) 1916-cı ildə Milliken Albert Eynşteynin 1905-ci ildə ortaya atdığı fotoelektrik effektini açıqlamaq üçün eyni təcrübi yoldan istifadə etdi.

Oxşar araşdırmanı Plank sabitinin doğru dəyərini əldə etmək üçün istifadə etmişdir. Milliken 1921-ci ildə Çikaqo Universitetindən ayrıldı və Kaliforniya Texnologiya Universitetinin Norman Bridge labaratoriyasının idarəçisi oldu. Orada Viktor Hessin kəşf etdiyi kosmos radiasiyası haqqında böyük işlər həyata keçirdi. Radiasiyanın kosmosdan gəldiyini sübut etdi və onları "kosmik şüalar" olaraq adlandırdı. Kalteksin İdarə heyəti Başçısı olaraq Milliken 1921-ci ildən təqaüdə çıxdığı 1945-ci ilinə kimi məktəbinin Birləşmiş Millətlər Təşkilatının qabaqcıl araşdırma təşkilatlarından biri olmasını təmin etdi.

Robert Milliken 1868-ci il martın 22-də İllinoysda anadan olmuşdur. İova Maquoketada lisey təhsilini almışdır. Oberlin Universitetindən məzun olmuşdur və Kolumbiya Universitetində fizika sahəsində doktorluq etmişdir. (Fizika sahəsində ilk doktor ünvanını alan ilk adam idi.)

"Universitetdəki ikinci ilimin sonuna doğru yunan müəllimim mənə bir sonrakı il yeni başlayanlar üçün fizika öyrədib-öyrətməyəcəyimi soruşdu. Mən də ona fizika haqqında heç bir şey bilmədiyimi söylədim. Onun cavabı isə" Yunanca bilən hər kəs fizika öyrədə bilər " oldu. "Bunun üçün çox çalışacam " dedim. Averinin Elements of Physics kitabını aldım və 1889-cu ilnin yayını böyük hissəsini evdə mövzu üzərində çalışıb özümü inkişaf etdirməklə keçirdim. Həyatım boyunca bir daha 1889-cu ildəki fizika dərsi kimi dərs başa salmayacayıma dair şübhələrim vardı. Qarşımdakı dərslər üçün sıx bir şəkildə elmimi artırmaq istədim. "

Millikenin təhsil eşqi karyerası boyunca davam etdi və Milliken sonrakı illərdə məşhur olan və təsirli kitablara imza atdı. Həmin dövrdəki digər kitablarla müqayisədə digərlərindən fərqli olaraq mövzunu fiziklər tərəfindən düşünüldüyü şəkildə yazıldığı görünürdü.

1902-ci ildə Greta Ervin Blankard ilə evləndi.

Klark Blankard, Glenn Alan ve Maks Franklin adında 3 oğlu dünyaya gəldi.

Elektronun yükü

[redaktə | mənbəni redaktə et]

Milliken 1908-ci ildə Çikaqo Universitetində professordan bir elektronun yükünü ölçməyə yarayan oil-drop təcrübəsi üzərində çalışırdı.

Elektronların yük ağırlıq dərəcələri J.J. Tomson tərəfindən çoxdan kəşf edilmişdir,

lakin əsl yük və ağırlıqları tam olaraq bilinmirdi. Əgər bu dəyərlərdən biri hesablanarsa, digəri asanca tapılacaqdı. Milliken və məzun şagirdi Harvey Fleçer oil-drop təcrübəsini elektronun yükünü tapmaq üçün istifadə etdilər.

Professor Milliken bütün tərifi alarkən qarşılığında Harvey Fleçer tezisinin və ondan çıxan nəticələrin bütün yazarlığını üstünə aldı. Bu işin bir hissəsi olaraq Milliken 1923-cü ildə Fizika üzrə Nobel mükafatını alarkən Fleçer razılaşmalarını ölənə qədər sirr olaraq saxladı.

Nəticələrinin 1910-cu ildə ilk dəfə çap olunmasından sonra bu vəziyyətlə ziddiyyət təşkil edən müşahidələrdə olan Feliks Ehrenhaft ilə aralarında bir mübahisə başladı.

Təcrübə qurğusu inkişaf etdirildikdən sonra Milliken üfüq bucağı işini 1913-cü ildə nəşr etdirdi. Fizikadakı əsas sabitlərdən birinin əsas yükünü və qəti dəyərini bilmək böyük əhəmiyyət daşıyır. Təcrübəsində iki metal elektrod arasında cazibə qüvvəsinə qarşı asılqanda qalan kiçik, yükü yağ damlalarının üzərlərindəki qüvvələri ölçmüşdür. Elektrik sahəsi bilindiyindən damlaların yükləri təyin oluna bilmişdir. Milliken təcrübəsini bir çox damla üçün təkrarlayaraq göstərmişdir ki, nəticələr məşhur olaraq bilinən bir dəyərin (1,592 × 10 −19 kulon) , bir elektronun yükünün, tam ədəd qatlarını verməkdədir. Bu dəyər müasir dəyər olan 1,602.176.53 (14) x 10 −19 dan daha aşağıdır ki, bu böyük ehtimal ilə Millikenin doğru olmayan dəyərdən istifadə səbəbiylə olmuşdur.

Zamanında Millikenin oil-drop təcrübələri atomaltı zərrəciklərin varlığını dəqiqləşdirməyə başlasa da, bu mövzuda hər kəs həmfikir olmamışdır. 1897-ci ildə katot şüaları ilə edilən təcrübələrdə J. J. Thomson mənfi yüklü "zərrəciklər" tapmış və bunların yük kütlə nisbətinin hidrogen ionundan 1840 dəfə daha çox olduğunu söyləmişdir. Buna bənzər nəticələr Corc FitzGerald və Walter Kaufmann tərəfindən də tapılmışdır. O zamanlar bilinənlərin böyük əksəriyyəti elektrik və maqnit ilə bağlı olarkən, eyni işığın xüsusiyyətlərinin onu foton olmayaraq görmək yerinə davamlı bir dalğa olaraq ələ alınması ilə açıqlanması kimi, yükün davamlı bir dəyişən olduğu şəklində açıqlanması mümkündür.

Oil-drop təcrübəsinin gözəlliyi əsas bir vahid olan yükün miqdarını az qala qəti olaraq təyin olunmasını mümkün edərkən, Milliken təchizatın ayrıca yükün əslində kvant edilməsinin birinci əldən göstərilməsini təmin edər.

Daha əvvəldən yükün davamlı bir dəyişən olduğunu düşünən General Electric Companydan Çarlz Steinmetz Millikenin təchizatını istifadə etdikdən sonra əksinə razı olmuşdur.

Məlumat seçimi anlaşılmazlığı

[redaktə | mənbəni redaktə et]

Millikenin ikinci elektron yükü ölçmə təcrübəsinin nəticələrində bəzi ziddiyyətlər vardı. Bu vəziyyəti yüksək enerji tarazlaşdırıcısı və Kolorado Universitetində fəlsəfəçi olan Allan Franklin ilə görüşüb ona başa saldı. Franklin Millikenin topladığı məlumatların istisnalarının yükün son dəyərinin nəticəsini dəyişdirməyəcəyini iddia etdi, lakin Millikenin əhəmiyyətli "kosmetik cərrahiyyə"si (su yerinə yağ istifadə) statistika səhvlərini azaltmışdı. Bu vəziyyət Millikenə yüzdə 0.5 daha yaxşı elektron yükləri verirdi, nəticə olaraq Milliken bütün məlumatları çıxarsa, səhv yüzdə 2 ətrafında bir səhvə sahib olurdu. Nəticələrin belə olmasına baxmayaraq elektron yükünə Milliken o zamana qədər ki hər kəsdən daha çox yaxınlaşmışdı. Daha böyük bir qeyri-müəyyənlik fizika birliyiylə anlaşılmazlıqlara səbəb ola bilərdi ki, Milliken bu vəziyyətdən uzaq dayanırdı. Millikenin "bütün damlacıqlar altı gün ərzində müşahidə edilib qeyd edildi" cümləsi bir sonrakı "damlacıqlar bütün bir ardıcıllıqla müşahidə edildi" cümləsi ilə qarışıqlığa səbəb olurdu. Bu da David Goodsteyn ilə bir müzakirəyə səbəb oldu. Goodsteyn bu vəziyyəti qabaqlamaq üçün beş səhifəlik cədvəllər ilə bu iki cümləni bir-birindən ayırdı.

Fotoelektrik təsiri

[redaktə | mənbəni redaktə et]

Eynşteynin 1905-ci ildə işıq hissəciyi nəzəriyyəsini nəşr olunduğunda Milliken bunun səhv olduğnu düşündü, çünki minlərlə dəlillə işığın dalğa olduğu sübut edilmişdi. Eynşteynin nəzəriyyəsini test etmək üçün on il davam edəcək təcrübi bir proqrama giriş etdi. Bunun üçün çox düz, təmiz bir foto elektrodun metal səth yaratması lazım idi. 1914-cü ildə nəşr etdiyi nəticələrlə Eynşteynin proqnozlarını təsdiqlədi, lakin Milliken Eynşteynin şərhiylə razı olmadı. 1916-cı ildə fotoelektrik haqqında bunları yazdı: "Eynşteynin fotoelektrik tənliyi mənim qiymətləndirməm daxilində mövcud təmin edici bir nəzəriyyə deyil" buna baxmayaraq "nəzəriyyə uyğun bir şəkildə mövqe sərgiləyir" demişdir.

Milliken müasir fizikanın əsasları haqqında işlər etməsinə baxmayaraq, məlumdur ki, öz mövqeyini iyirminci əsrdəki dəyişikliklər baxmayaraq, eynilə fotoelektrik mövzusunda olduğu kimi qorudu. Bir başqa nümunəsi isə kitabının 1927-ci il nəşrində tapılır. Açıq bir şəkildə Eynşteynin nisbilik nəzəriyyəsi haqqında bitərəf bir şəkildə Eynşteynin fotoşəkili altına bu cümlələri yazmışdır: "1905-ci il Xüsusi nisbilik nəzəriyyəsinin və 1914-cü ildəki Ümumi nisbilik nəzəriyyəsinin müəllifi, hər ikisi də böyük bir müvəffəqiyyətdir ki, açıqlana bilməyən fenomenlərə şərhdə və yenilərini nəzərdə tutmağa köməkçi olmuşdur. "

Növbəti illəri

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə günəş astronomu olan Corc Ellery Heyl Millikeni bir neçə ayını Kaliforniyada, Pasadenada olan Throop College of Technology adında kiçik bir elm təşkilatında keçirməsi üçün razı etdi. Heyl bu təşkilatın elmi araşdırma və təhsil üçün əhəmiyyətli bir mərkəz halına gəlməsini xahiş edirdi. Bir neçə il sonra "Throop Collage" "California Institue of Technology (Kaltex)" oldu. Milliken Çikaqo Universitetini buraxıb bu universitetin idarə heyəti başçısı oldu. (Rektor qədər söz sahibi). Milliken 1921 və 1945-ci illəri arası bu vəzifəni yerinə yetirdi. Kaltex elmi araşdırmalarının böyük bir qismi "kosmik şüalar" üzərində idi. 1930-cu illərdə Artur Kompton ilə kosmik şüalar haqqında bir müzakirəyə girdi. Milliken kosmik şüaların yüksək enerjili fotonlar olduğunu, Kompton isə yüklü zərrəciklər olduğunu iddia edirdi. Milliken kosmik şüaların yeni yaranan atomların "doğum qışqırıqları" olduğunu kainatın istilik ölümünün qarşısını almaq üçün olduğunu düşünürdü. Kompton nəticə olaraq haqlı idi. Çünki kosmik şüalar Yer kürəsinin maqnetik sahəsini deşib keçirdi, bu da kosmik şüaların yüklü hissəciklər olduğu mənasını verirdi.

Robert Milliken Birinci Dünya Müharibəsi əsnasında Milli Araşdırma Şurasının prezident yardımçısı idi. Bu müddət ərzində dənizaltı müdafiə və meteoroloji cihazların inkişaf etdirilməsinə kömək etdi. Çinlilərin Order of Jade medalını aldı. Milliken fərdi həyatında həvəsli bir tennis oyunçusu idi.

Evləndi və üç oğlu oldu. Ən böyük uşağı olan Klark B. Milliken önəmli bir aerodinamik mühəndisi oldu. Digər oğlu Glen fizik oldu. Corc Leigh Mallorinin qızı ilə evləndi və Glen 1947-ci ildə Cumberland dağına dırmanarkən qəza nəticəsində həlak olmuşdur.

Bir nazirin oğlu və dindar bir adam olan Milliken irəliləyən yaşlarında Xristianlıq inancı və elmlə ayrılmaz əlaqəni güclü bir şəkildə müdafiə etdi. Bu düşüncələrini Yaledə 1926-cı ildə Terry Lectureslərdə ələ aldı. Bəhsi keçən fikirlər Evolution Science and Religion adı altında nəşr olundu.

Ölümü və mirası

[redaktə | mənbəni redaktə et]

Milliken 1953-cü ildə Kaliforniyadakı evində 85 yaşında ürək çatışmazlığı ilə mücadilə edərək həyatını itirdi. Forest Lawn Memorial Park Cemetery də "fəxri sahədə" dəfn olundu.

Los-Angelesdəki Şerman Palıdının yanındakı orta məktəbə Robert A. Milliken adı verildi. Kalteksdəki ən uzun binaya da Milliken kitabxanası adı verildi. Əlavə olaraq Tekroniks korpusundakı ana prospektə Milliken yolu adı verildi. Kalteksdə olan Athenaeum Otelinin sahib oluduğu 4 suitidən birinin adı ölümündən sonra Milliken suitisi olaraq dəyişdirildi.

26 yanvar 1982-ci ildə basılan Məşhur Amerikanlar ardıcıllığı (1980–2000) poçt pullarından Millikenin adına 37 sent dəyərində pullar basıldı.

  • IEEE Edison Medalı (1922)
  • Hughes Medalı (1923)
  • Fizika üzrə Nobel mükafatı (1923)
  • Matteuççi Medalı (1925)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]