Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlk etnoqraf qadın Mariya Quliyeva.1896-cı ildə Gürcüstanın Kutaisi vilayətinin Xoni kəndində müəllim ailəsində anadan olmuşdur.
Mariya Quliyeva | |
---|---|
Mariya Quliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstanın Kutaisi vilayəti |
Mariya Vladimirovna Prokofyeva, 1896-cı ildə Gürcüstanın Kutaisi vilayətinin Xoni kəndində, müəllim ailəsində anadan olmuşdur.
İlk təhsilini, 1907–1913-cü illərdə anasının müəllimlik etdiyi Tiflis Şəhər Xalq Təhsil Nazirliyinin 7 illik "Müqəddəs Nina adına Tiflis qadın təhsil müəssisəsi"ndə almışdır.
1914-cü ildə, sonralar repressiya qurbanlarından olan Azərbaycanın rabitə naziri Mustafa Quliyevlə ailə quraraq, Quliyeva soyadını qəbul etmişdir.
M. Quliyeva 1919-cu ilin sonlarından Bakıya gələrək, Bakı şəhər Torpaq Nazirliyində texniki işçi, sonralar Lənkəran şəhər Fəhlə Kəndli Müfəttişliyində katib işləmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin ilk etnoqraflarından olan Mariya Quliyeva 1925-ci ildə konservator-etnoqraf vəzifəsi ilə fəaliyyətə başlayaraq, 1926–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış, 1928-ci ilin noyabrından Etnoqrafiya şöbəsinə müdir təyin olunmuşdur. Eyni zamanda həmkarlar təşkilatına üzv təyin edilən M. Quliyeva, Azərbaycan Dövlət Tibb İnstitutunda və Diş Həkimləri İnstitutunda tələbələrə rus dili fənnini tədris etmişdir.
Azərbaycan SSR Xalq Maarif Komissarlığının verdiyi sənəddə M. Quliyeva Orta məktəb müəllimi statusu alaraq, o zamanlar SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Müəllimlərə şəxsi advermə" haqqındakı qərarına əsasən 1940-cı ildə orta məktəb müəllimi adını almış, elmi-ictimai fəaliyyətinə görə dəfələrlə fəxri fərman və "zərbəçi işçi" kimi mükafatlarla təltif olunaraq , 1944-cü ildə əməyə görə "Qafqazın müdafiəsi uğrunda" medalına da layiq görülmüşdür.
Azərbaycan Dövlət Muzeyinin kiçik elmi işçisi olduğu illərdə M. Quliyeva, Azərbaycan etnoqrafiyasının Muzey vasitəsilə təbliğində də xeyli işlər görmüş, bu məqsədlə dəfələrlə elmi ekspedisiyalara ezam olunaraq, Muzeydə müxtəlif mövzularda ekspozisiya və sərgilərin təşkilində yaxından iştirak etmişdir. Ali məktəblərdə rus dilinin tədrisi ilə məşğul olan M. Quliyeva, dəqiq elmi axtarışlar apararkən, Muzeydəki etnoqrafik materiallar üzərində ərəb-fars dilli kitabələrin tərcüməsi ilə də özü məşğul olurdu.
Mariya Quliyevanın da rəssamlıqda xüsusi istedadı olmuşdur. Hələ Tiflisdəykən ibtidai təhsil aldığı illərdə bir sıra fənnlərlə yanaşı əl işi və təsviri sənət fənnlərini də əla qiymətlərlə mənimsəmiş, sonralar bu rəssamlıq qabiliyyəti onun etnoqraf kimi gələcək fəaliyyətində də önəmli rol oynamışdı.
Ekspozisiya hazırlandığı zaman, M. Quliyeva, artıq bir mütəxəssis kimi püxtələşmişdi. Buna səbəb onun etnoqrafik ekspedisiyalarda iştirakı, Gəncə-Qazax bölgəsi əhalisinin məişət mədəniyyətini ətraflı öyrənməsi ilə əlaqədardı. Bu sərgilərin hazırlandığı zaman gənc etnoqraf, ekspedisiyalardan topladığı materiallar əsasında həmin yaşayış evlərinin-alaçıqların qurulmasında tarixçi Sara Aşurbəyli ilə birlikdə çiyin-çiyinə çalışırdı.
Ekspedisiyada olduğu ərazilərdə, M Quliyeva, əhalinin geyim mədəniyyəti ilə də maraqlanaraq, öyrənməyə çalışmış, müxtəlif geyim hissələrinin sadə karandaşla təsvirlərini vermişdir. Ekspedisiya zamanı M. Quliyeva toplanmış materiallar əsasında "Nuxa qəzasında kəndli mülkləri" ("Крестянская усадьба Нухинского уезда") mövzusunda tədqiqat aparmış, Böyük Dəhnə kəndində təndir və təndir çörəyi bişirilməsi prosesinə aid fotolar əldə etmişdir. M. Quliyevanın foto kolleksiyasında Gəncə, Qutqaşen, Lənkəran, Şəmkir, Yevlax rayonlarında yaşayan sakinlərin, kəndli kolxozçuların həyatından bəhs edən fotolar vardır.[1].