Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394[1], Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi.
Mariya de Bohun | |
---|---|
ing. Mary de Bohun | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1369 |
Vəfat tarixi | 4 iyul 1394[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | uşaq doğumu |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Eleonora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Eleonora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Cütlüyün nikah mərasimi 27 iyul 1380-ci ildə Arundel qalasında baş tutdu və bu nikahdan 6 övladı dünyaya gəldi:
Mariya Bohun son övladının doğumundan sonra Peterburq qalasında vəfat etdi və 6 iyul 1394-cü ildə Lesterdə yerləşən Məryəm ana kilsəsinə dəfn olundu.