Marmaris Qalası — Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda yerləşən tarixi qala.[1] Qala Sultan Süleyman Qanuni tərəfindən Rodosa səfəri zamanı qurulmuşdur.[2] Marmaris Qalası Türkiyədə muzeyi olan nadir qalalardan biridir.
Marmaris Qalası | |
---|---|
36°51′01″ şm. e. 28°16′28″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Muğla ili |
Vikianbarda əlaqəli mediafayllar |
Yunan tarixçisi Herodotun yazdığına görə, Marmarisdə ilk şəhər divarları e.ə. 3000-ci ildə tikilmişdir. Lakin qalanın inşası ilə bağlı məlum olan yeganə yazılı mənbə məşhur Osmanlı səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsərindədir. XVII-ci əsrdə Muğla və ətrafını ziyarət edən Çələbi, Sultan Süleymanın Rodos səfərindən əvvəl qalanın inşasına göstəriş verdiyini və səfər zamanı qalanın Osmanlı ordusu üçün hərbi baza rolunu oynadığını söyləyir.
Marmaris Qalasının mühüm bir hissəsi Birinci Dünya Müharibəsi zamanı fransız hərbi gəmisi tərəfindən dağıdılmışdır. 1957-ci ildə Fəthiyə zəlzələsi şəhəri demək olar ki, tamamilə dağıtdı. Yalnız qala və qalanı əhatə edən tarixi tikililər toxunulmaz qaldı. 1979-cu ilə qədər qalada Marmaris sakinləri yaşayırdılar.[3]
Marmaris qalası Türkiyədə muzeyi olan nadir qalalardan biridir. 1980-1990-cı illərdə bərpa olunan qala 1991-ci ildə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey kimi istifadəyə verilib. O vaxtdan bəri Marmaris Arxeologiya Muzeyi qalanın içərisində ictimaiyyətin ziyarətinə açıqdır.[4]
Muzeydə gəmi, ümumilikdə 18 otaq, fəvvarə, 7 qapalı məkan, 2 arxeologiya zalı və 1 etnoqrafiya zalı var. Muzeyin digər hissələri sərgi salonlarına və anbarlara bölünür.
Muzeyin arxeoloji bölməsində ellinistik, Roma və Bizans dövrlərinə aid müxtəlif amfora artefaktları sərgilənir.
Muzeyin etnoqrafiya bölməsində Osmanlı dövrünə aid müxtəlif əşyalar, sikkələr, alətlər və avadanlıqlar sərgilənir.[4]
Muzey inventarında arxeoloji qalıqlar, sikkələr və etnoqrafik əsərlər kimi müxtəlif kateqoriyalar üzrə ümumilikdə 14 min 984 əsərin qeydə alındığı açıqlanıb.[3] 2018-ci ilin ilk 5 ayında 19.708 turistin ziyarət etdiyi muzey, 2017-ci ilin statistikasına görə Türkiyədə ən çox gəlir əldə edən 22 muzey arasındadır.[3]
Marmaris qalası Muğlanın Marmaris rayonunda, Egey dənizi ilə Aralıq dənizi arasındakı keçid zonasında yerləşir.[4]