Marqa Lopes (isp.Marga Lopez; əsl adı — Katalina Marqarita Lopes Ramos, isp.Catalina Margarita Lopez Ramos; 21 iyun1924[1] – 4 iyul2005[1], Mexiko[2][3]) — Argentina mənşəli görkəmli Meksika teatr və kino aktrisası. Meksika kinematoqrafiyasının Qızıl əsr dönəminin aktrisasıdır.[5][6]
Marqa Lopes 21 iyun 1924-cü ildə San-Migel-de-Tukumanda Pedro Lopes Sançes və Dolores Ramos Navanın ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq idilər — özündən başqa onun Manuel, Migel, Pedro və Xuan adlı dörd qardaşı, Dolores-kiçik və Mariya adlı iki bacısı var idi. Dünyaya gələndən sonra böyük ailəsi ilə birlikdə Meksikaya köçmüş və buna görə də vətəndaşlığını orada almışdır.
1936-cı ildə ailəvi şəkildə bütün Latın Amerikası boyunca kruizə çıxarkən prodüser Karlos Amadorla tanış olmuşdur. O, Marqa Lopesə kinematoqrafda yaşıl işıq yandırır. Aktrisa 1945-ci ildə Meksika kinematoqrafiyasında debüt edir. Ümumi olaraq kino və teleseriallar da daxil olmaqla, 99 filmdə çəkilmişdir. "Alondra", "Sevgi bağları", "Sənsiz yaşaya bilmərəm", "Sevmək imtiyazı" və "Mələyin siması" teleserialları dünyanın bir çox ölkələrinə satıldığına görə aktrisanın karyerasında ən məşhur işlər sayılır. 16 dəfə beş müxtəlif mükafata namizəd göstərilib və onların 9-da qalib kimi mükafata layiq görülüb.
Marqa Lopes 81 yaşını qeyd etdikdən 13 gün sonra 4 iyul 2005-ci ildə Mexikoda ürək aritmiyasından vəfat edib.[7]