Marslı (ing. The Martian) — 2015-ci ildə 20th Century Fox kino şirkəti tərəfindən Ridli Skottun rejissorluğu ilə çəkilmiş elmi-fantastik ABŞ filmi. Filmin baş rolunda Mett Deymon çıxış edir. Digər rolları Cessika Çesteyn, Kristen Uiq, Ceff Deniels, Maykl Penya, Keyt Mara, Bin Şon, Sebastian Sten, Aksel Henni, Donald Qlover, Makkenzi Devis və Çivetel Eciofor ifa edirlər. Filmin premyerası 2015-ci ilin sentyabr ayının 15-də Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film müsbət rəy göstərməklə dünya üzrə 630 milyon dollar gəlir əldə edir,beləliklə Ridki Skottun rejissorluğu ilə çəkilmiş ən bahalı film və həmçinin 2015-ci ildə çəkilmiş ən bahalı filmlər içərisində 10-cu yerdə qərarlaşır.
Marslı | |
---|---|
ing. The Martian[1] | |
Janr | elmi-fantastika filmi[5][6][…], macəra filmi, dram filmi, roman ekranlaşdırması[d], döyüş filmi |
Əsas mövzu | Mars, kosmonavt, Təklik[d][7], Kooperasiya[7], Marsın məskunlaşdırılması |
Prodüserlər |
Saymon Kinberq Ridli Skott Maykl Şaefer Aditya Sud Mark Huffam |
Əsərin müəllifi | Endi Uir ("Marslı" romanı) |
Ssenari müəllifi | Dryu Qoddard |
Baş rollarda | |
Bəstəkar | Harri Qreqson-Vilyams |
İstehsalçılar |
Scott Free Productions Kinberg Genre TSG Entertainment 20th Century Fox |
Distribütor | InterCom[d][12][13], 20th Century Fox, Netflix, iTunes, Disney+ |
İlk baxış tarixi |
11 sentyabr 2015 (Toronto) 2 oktyabr 2015 (ABŞ) |
Müddət | 141 dəqiqə[2] |
Büdcə | 108 milyon $[3] |
Gəlir | 630,2 milyon $[4] |
Ölkə | |
Dil | ingilis |
Rəng | rəngli |
Çəkiliş yeri | Budapeşt, Vadi Ram |
IMDb | ID3659388 |
Vikianbarda əlaqəli mediafayllar |
Film Endi Uirin 2011-ci ildə yazdığı "Marslı" romanı əsasında çəkilmişdir. Filmin ssenari müəllifi Dryu Qoddarda məxsusdur. Film heyətindən ayrı düşərək Mars planetinin səthində tək qalan və sağ qalmağa çalışan kosmonavt Mark Uatni haqqındadır.
2035-ci il, Ares III gəmisinin heyəti Mars planetinin düzənliyini tədqiq etmək missiyası verilib. Ancaq güclü qum fırtınası onları bu missiyanı təxirə salmağa vadar edir. Evakuasiya zamanı uçuş xəttində qırılan antena qırıntısı Mark Uatniyə dəyir və onun fırtınada itməsinə gətirib çıxarır. Kosmik formasında yerləşən siqnal ötürücüsünün sıradan çıxması və komandir Melissa Levisin onu tapa bilməməsi səbəbindən onun həlak olduğu güman edilir. Beləliklə kosmonavt planetdə tək, yaralı və 6 nəfərin ehtiyyacını ödəyəcək 1 aylıq resursla çarəsiz vəziyyətdə qalır. Mark Yer planetinə siqnal göndərmək və evə qayıtmaq üçün yeganə şansının 3 il sonra Ares IV heyətinin yeni missiya üçün 3200 km aralıda(təxminən 4 il yol qət etməyə bərabər) uçuş nöqtəsinin olduğu qənaətinə gəlir.
Mett Deymon — Mark Uatni, Mars səthində Ares III gəmisindən ayrı düşərək öldüyü güman edilən botanik kosmonavt.Mark xilas olunana qədər öz ixtiraçılığından və zəkasından istifadə edərək sağ qalmağa çalışır.
Cessika Çesteyn — Komandir Melissa Levis,ABŞ hərbi donanmasının zabiti,geoloq və Ares III gəmisinin missiya komandiri.
Ceff Deniels — Teodor "Teddy" Sanders,NASA-nın direktoru
Chivetel Ejiofor — Vinsent Kapoor,NASA-nın Marsdakı missiyalarının icraçı direktoru və Uatni ilə əlaqə yaradan ilk şəxs
Şon Bin — Miç Henderson,Ares III gəmisinin missiyalarının icraçı direktoru
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |