Marta Stepanovna Çumalo (ukr. Марта Чумало) — Ukraynalı feminist, hüquq müdafiəçisi, gender eksperti və psixoloq. Qadın Perspektivləri təşkilatının həmtəsisçisi və sədr müavini. Olof Palme mükafatı laureatı (2023).
Marta Çumalo | |
---|---|
Vətəndaşlığı |
![]() ![]() |
Təhsili | |
Fəaliyyəti | gender studies scholar, psixoloq, feminist[d] |
Mükafatları | Olof Palme Mükafatı |
Marta Çumalo 1993-cü ildə fizika ixtisası üzrə İvan Franko adına Lvov Milli Universitetini bitirib. Ardınca o, Regionlararası Personal İdarəetmə Akademiyasında psixoloq, ali təhsil müəssisələrində psixologiya müəllimi ixtisası üzrə təhsil alıb (2013).[1]
Tələbə olarkən Marta müəllimi tərəfindən cinsiyyətçilik və cinsi təcavüz halları ilə üzləşib. Daha sonra o, nəqliyyat şirkətində işləyərkən əmək bazarında qadınlar arasında bərabərsizlik olduğu qənaətinə gəlib. 1996-cı ildə o, kiçik biznesin inkişafı üzrə qadınlar üçün təlimçilər hazırlamaq üçün Britaniya-Ukrayna layihəsində təlimi tamamlayıb. Təhsil aldığı müddətdə özü ilə həmfikir qadınlarla tanış olub, onlarla birlikdə İrina Vilde adına Qərbi Ukrayna Regional Qadın Resursları və İnformasiya və Sosial-İqtisadi Uyğunlaşma Mərkəzini yaradıb.[2]
1998-ci ildə Lvovda digər qadınlarla birlikdə 20 ildən çox çalışdığı “Qadınların Perspektivləri” ictimai təşkilatını təsis edib. Təşkilatda Marta Çumalo sədr müavini vəzifəsini tutur və layihə rəhbəridir.[2] "Qadınların Perspektivləri" təşkilatı təsis edildiyi gündən o, məişət zorakılığı və insan alveri ilə mübarizə məsələləri üzərində işləyir. O, feminizm tərəfdarıdır və Ukraynada gender bərabərliyinin yaradılmasını dəstəkləyir.[3]
Marta Çumalo 2017-ci ildən o, Ukrayna qadınlarının hüquqlarının təmin edilməsi üzrə Avropa Qadın Lobbisinin (ing. European Women's Lobb) köşə yazarıdır. Marta Çumalo Ukrayna CBT Terapevtləri Assosiasiyasının və Ayrı-seçkiliklə Mübarizə Koalisiyasının üzvüdür. O, Avropa Şurası, BMT İnsan Hüquqları Şurası və ATƏT-in sertifikatlı təlimçisidir. Marta Çumalo “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformalarında İstifadə üçün Gender Auditlərinin aparılmasına dair Bələdçi”nin həmmüəllifidir.[2]
2014-cü ildə Rusiya-Ukrayna müharibəsi başlayandan və 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından başlayaraq Marta Çumalo müharibənin nəticələri haqqında cəmiyyəti məlumatlandırmaq və onun qurbanlarının reabilitasiyası ilə məşğuldur.[4]
2020-ci ildə o, “insan hüquqları uğrunda mübarizədə görkəmli nailiyyətlərə” görə Hollandiya səfirliyindən İnsan Hüquqları Laləsi Mükafatını alıb.[3]
2023-cü ildə Marta Çumalo Ukraynadan bu mükafatın ilk qalibi olmaqla, Olof Palme Mükafatına layiq görülüb.[5]