Matuseviç fiordu — Laptevlər dənizində yerləşən iri körfəz. Fiord Şimal Torpağı arxipelaqına daxil olan Oktyabr İnqilabı adasınnda yerləşir.
Matuseviç fiordu | |
---|---|
rus. Фьорд Матусевича | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 249 m |
Yerləşməsi | |
79°58′45″ şm. e. 98°13′40″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Oktyabr İnqilabı adsının şimal-şərq hissəsində yerləşir. Ümumilikdə Oktyabr İnqilabı adasının ən böyük, bütünlüklə Şimal Torpağın arxipelaqının ən iri körfəzlərindən biridir.
Fiordun uzunluğu 60 kilometrdir[1], eni isə mərkəzi hissədə 12,5 kilometrdir. Dərinliyi Oktyabr adası sahillərində 10-20 metrdir. Şimal hissədə isə dərinlik 250 metr çatır. Fiordun mərkəzi hissəsindən ona şelf buzlağı daxil olur. Bununlada körfəz 3 hissətə bölünür. Körfəzin sahilləri hamar deyildir. Burada çoxlu sayda burun, körfəzlər vardır. Sahildə sıldırım qayaların hündürlüyü 590 metrə çatır. Cənuba dağru fiord iki buxtaya bölünür:Skazoçnaya və Krasnoya buxtaları. Şərqdən körfəzə bir sırax burunlar daxil olur: Fiqurnaya, Kotok, Fort. Fiordun mərkəzi hissəsində iki ada vardır: Trudnıy adası (diametri 1 km) və Preqrajdayuşiy adası (uzunluğu — 1,3 km). Sonuncuda geodeziya məntəqəsi yerləşir.
Matuseviç körfəzinə çoxlu sayda çay tökülür — Rovnaya, Lednikovaya, Yasnaya[2].
Körfəz bütün Şimal Torpağında okeana ən çox şelf buzlağı axıdan hissədir. Hətta 1953-cü ildə rekord həcmli aysberq qeydə alınmışdır. Aysberqin uzunluğu 12 km, eni isə 4 kilometrd olmuşdur. Aysberqlərin fəaliyyəti sayəsində fiordun sahilləri daim dəyişir.
Körfəzdə ilk kartoqrafik işlər 1930-cu illərdə SSRİ araşdırmaçıları Qeorgi Alekseeviç Uşakov və Nikolay Nikolayeviç Urvansev tərəfindən aparılmışdır. 1950-ci illərdə isaə Aerofotododan istifadə etməklə daha dəqiq kartoqrafik işlər aparılmışdır. Fiordun ərazisi Böyük Arktik qoruğu ərazisinə aid olan «Şimal Torpağı» yasaqlığına daxildir. Bu isə qoruğa daxil olan 7 ərazidən biridir. Fiord öz növbəsində "Matuseviç fiordu" adlı ərazi kimi qoruğa daxildir. Burada qayalarının üzəri kuş koloniyaları ilə dolu olur.[3]. Sahilində təmizçilər, qağayılar və adi şimal sərçəsi yumurta qoyurlar. Quşların koloniyalar şəklində toplanması əsasən qayalıqlar üzərində daha çox müşahidə edilir.[4].
Fiord Əməkdar elm vadimi, Arktika araşdırmaçısı, hidroqraf, geodeziyaçı Nikolay Nikolayeviç Matuseviçin şərəfinə adlandırılmışdır[5]. O, mühəndis-vitse-admiral (22.02.1944), Hərbi-dəniz akademiyasının professoru, Ümumittifaq coğrafiya cəmiyyətinin vitse-prezidenti olmuşdur. Onunəsas xidmətlərindən biri Barens və Ağ dəniz sahillərinin araşdırılması və Ağ dəniz boğazına cərəyanların təsirini müəyyən etmək olmuşdur.