Maykl Smit (26 aprel 1932[1][2][…], Bləkpul, Lankaşir – 4 oktyabr 2000[1][3][…], Vankuver, Britaniya Kolumbiyası) — ingilis əsilli kanadalı biokimyaçı[4][5]. 1993-cü ildə "DNT əsaslı kimyadaki metodların təkmilləşdirməsindəki töhfələrinə görə, Oliqonukleotid əsaslı, sayt istiqamətlənmiş mutagenezin qurulmasına və protein tədqiqatlarında təkmilləşdirməsində verdiyi fundamental töhfələrə görə" Keri Mullis ilə də paylaşdığı Kimya üzrə Nobel mükafatı laureatıdır. London Kral Cəmiyyətinin üzvü (1986 il)[6], ABŞ Milli Elmlər Akademiyasının xarici üzvüdür (1996 il)[7].
Maykl Smit | |
---|---|
ing. Michael Smith | |
Doğum tarixi | 26 aprel 1932[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 oktyabr 2000[1][3][…] (68 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | Molekulyar biologiya, biokimya |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Maykl Smit 26 aprel 1932-ci ildə İngiltərənin Blekbörn şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1950-ci ildə Mançester Universitetinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra 1956-cı ildə dissertasiya müdafiə etmişdir. M. Smit dissertasiyasını müdafiə etdikdən sonra Vankuverdəki Britaniya Kolumbiya Universitetinə getdi və 2000-ci ildə ölümünə qədər bütün həyatı boyu burada çalışdı. M. Smit molekulyar biologiya sahəsində çalışdı və müasir biologiyada son dərəcə geniş istifadə olunan sahəyə yönəldilmiş mutagenezi icad etdi. 1993-cü ildə buna görə kimya üzrə Nobel mükafatı aldı.