"Me at the zoo" (azərb. Mən zooparkda) — 23 aprel 2005-ci ildə "YouTube" platformasına yüklənilmiş ilk video. Videoda həmin vaxt 25 yaşında olan "YouTube"un həmqurucusu Caved Kərim Kaliforniyadakı San-Dieqo Zooparkındakı[ing.] iki filin qarşısında dayanıb onların çox uzun xortumları olduğunu qeyd etmişdir. Videonu onun orta məktəb yoldaşı Yakov Lapitski çəkmişdir. Kərim videosunun təsvir hissəsi vasitəsilə dəfələrlə "YouTube"un biznes qərarlarını tənqid etmişdir. 2024-cü il etibarilə videoya 300 milyondan çox baxış sayı gəlib.
"Me at the zoo" | |
---|---|
Lentə alan | Yakov Lapitski |
Yerləşdirən | Caved Kərim |
Yerləşdirilib | 23 aprel 2005 | )
Müddəti | 19 saniyə |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
Jurnalistlər "Me at the zoo" adlı videonu "YouTube"un həvəskar kontentinə nümunə kimi qəbul edirlər. Bir neçə nəşr onu veb-saytın tarixində ən vacib video kimi təqdim edir.
"YouTube" platforması 2005-ci ildə 3 keçmiş PayPal işçisi – Çad Harli, Stiv Çen[ing.] və Caved Kərim tərəfindən qurulub. Harli Pensilvaniya İndiana Universitetində[ing.] dizayn təhsili almış, Kərim və Çen isə Urbana-Şampeyn İllinoys Universitetində kompüter elmləri üzrə təhsil almışdırlar.[1] Kərim platformanı yaratmaq üçün ilham mənbəyinin "Super Bowl XXXVIII fasilə şousu mübahisəsi"[ing.] və 2004-cü ildə Hind okeanında baş verən zəlzələ və sunamidən gəldiyini deyib.[2][3] O, bu hadisələrin videogörüntülərini internetdə tapa bilməmiş və bu ona video paylaşma platforması yaratmaq ideyasını vermişdir.[4]
Video platformaya 23 aprel 2005-ci ildə,[5][6] axşam saat 20:27-də (ümumdünya vaxtı ilə 24 aprel[qeyd 1]) yüklənilmişdir. Videoda Caved Kərimin San-Dieqo Zooparkında[ing.] olduğu və arxasında iki fil olduğu görünür. O, 19 saniyəlik videoda fillərin xortumlarının çox uzun olduğunu bildirir.[7][8] Video onun orta məktəb yoldaşı Yakov Lapitski tərəfindən lentə alınıb.[9][10] Kərim videoda deyir:
All right, so here we are in front of the elephants, and the cool thing about these guys is that they have really, really, really long, um, trunks. And that's, that's cool. And that's pretty much all there is to say.[5] Caved Kərim, "Me at the zoo"
|
Tərcüməsi:
Yaxşı, indi biz fillərin qarşısında dayanırıq və bu uşaqlarda ən gözəl cəhət odur ki, onların həqiqətən, həqiqətən, həqiqətən çox uzun xortumları var. Və bu, çox gözəldir. Və demək olar ki, hazırda deyə biləcəklərim bu qədərdir. |
Bir çox nəşrlər videonun bütövlükdə "YouTube"u təmsil etdiyi barədə həmfikirdirlər. "Business Insider"[ing.] veb-saytı bu videonun bütövlükdə "Youtube"un simvolu olduğunu qeyd edərək onun bütün vaxtların ən vacib "YouTube" videosu olduğunu" açıqlamışdır: "[…] dəbdəbəli bir şey olmasına ehtiyac yoxdur, əlçatan olmalıdır, ilk "YouTube" videosu hər kəsin özbaşına yarada biləcəyi bir şeydir."[11] "The New York Observer"[ing.] qəzeti isə videonu "YouTube" tarixinin ən vacib videosu kimi təqdim etmiş və bunu "faktiki olaraq tarixi bir əsər" olaraq adlandırmışdır.[12] Keçmiş xəbər saytı "BuzzFeed News"[ing.] videonu bütün vaxtların ən vacib 20 videosu sırasına daxil etmişdir.[13] "YouTube"un ilk videosu olaraq ilk "YouTube" vloqu kimi də təsvir edilmişdir.[14]
Rəyçilər videonun "YouTube" tarixi üçün əlamətdar olduğunu qeyd edirlər. Aaron Duplençer "Authenticity and How We Fake It: Belief and Subjectivity in Reality TV, Facebook and YouTube" adlı kitabında videonun adi "günlük" və "quru estetika"nın "YouTube" istifadəçiləri, xüsusilə YouTuber və vloqçular arasında spesifik orijinal həvəskar məzmun növünün tərzini müəyyənləşdirdiyini qeyd etmişdir.[15] "Los Angeles Times" qəzeti videonun medianın necə istehlak olunması mövzusunda "çox vacib bir rol oynadığını" və "qısa videoların qızıl dövrünü" başlatdığını açıqlamışdır.[16] "Digital Trends" veb-saytı bunu gələcəkdəki "YouTube" videoları üçün standart müəyyənləşdirən "adi bir hadisə" və "istehzalı dil" videosu olaraq şərh etmişdir.[17] Film tənqidçisi Piter Bredşov[ing.] videonu 2000-ci illərin əsas buraxılışlarından biri kimi açıqlamışdır.[18]
Qreq Carbo "YouTube and Video Marketing: An Hour a Day" adlı kitabında videonun "adi bir anın" təsvirini həmin dövrə görə "qeyri-adi" olaraq təsvir etmiş, "YouTube"un həmtəsisçisi Caved Kərimin "YouTube"un nə olacağına dair baxışını əks etdirdiyini qeyd etmişdir. Carbonun sözlərinə görə, video "YouTube"un yalnız "xüsusi anları videoya çəkməyə" çalışmaqdan ibarət olmadığını, bunun əvəzinə "YouTube" istifadəçilərini "sabahın yayımçıları" olması istiqamətində gücləndirməyə çalışdığını göstərmişdir. Bu, platformanın dünyanın ən məşhur onlayn video paylaşma platformasına çevrilməsinə gətirib çıxarmışdır.[19]
2020-ci ildə zooparkın rəsmi "YouTube" hesabından videoya ilk "YouTube" videosunun orada çəkildiyindən böyük şərəf duyulduğu bildirilmiş və bu şərh kanal tərəfindən sancılmışdır.[20]
Kərim "YouTube"un ticari fəaliyyətlərini tənqid etmək üçün dəfələrlə videosunun açıqlama bölməsindən istifadə edib. "Google"un "YouTube" istifadəçilərinin videolara şərh bildirməsi üçün "Google+" hesablarını istifadə etmələri tələbinə cavab olaraq, o, 2013-cü ilin noyabr ayında videosunun təsvirini yeniləyərək qeyd etmişdir: "mən artıq burada şərh yaza bilmərəm, çünki "Google+" hesabı istəmirəm."[21] Videonun təsvirini 2021-ci ilin noyabrında "YouTube"un videoya gələn bəyənilməmə saylarının gizlədilməsi qərarına cavab olaraq bu şəkildə dəyişdirmişdir: "Yəqin ki, bütün "YouTuber"lər bəyənməmələri silmənin axmaq bir fikir olduğu barədə mənimlə həmfikirdirlər. Təkrar cəhd edin, YouTube."[22][23][24] Bir neçə gün sonra videonun açıqlama bölməsi bu qərarı daha uzun qınamaq üçün yenidən dəyişdirilmişdir.[23] 16 dekabr 2023-cü ildə videonun üz şəkli Kərimin alovlu gözlərinin arxa fonundakı fil şəklini göstərdiyi MrBeast tərzi bir foto ilə dəyişdirilmiş, iki həftə sonra orijinal fotoya geri qaytarılmışdır.[25]
Born as a clearinghouse for quick, quirky homemade videos, the site now seeks to add more professional and profitable content.