Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilərindən biri, həmçinin veb-sayta video yükləyən ilk şəxsdir. 23 aprel 2005-ci ildə platformaya yüklədiyi "Me at the zoo" adlı 19 saniyəlik video 20 avqust 2024-cü ilin statistikasına görə 330 milyondan çox baxış sayını keçib.[1][2] Kərim "PayPal"da çalışdığı vaxt burada veb-saytın digər iki həmtəsisçisi Stiv Çen[ing.] və Çad Harli ilə tanış olmuş, o, bu vaxt ərzində veb-saytın dələduzluqla mübarizə sistemi də daxil olmaqla bir çox əsas komponentlərini dizayn etmişdir.
Caved Kərim | |
---|---|
| |
Doğum tarixi | 28 oktyabr 1979 (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | informatik, sahibkar, YouTuber, televiziya prodüseri[d], proqram təminatı mühəndisi |
jawed.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Caved Kərim 28 oktyabr 1979-cu ildə Şərqi Almaniyanın Merzeburq qəsəbəsində doğulub. Onun anası alman, atası banqladeşlidir.[3] Atası ABŞ mərkəzli 3M şirkətində tədqiqatçı, anası Kristine isə Minnesota Universitetində biokimya alimidir.[4] Kərimin özündən kiçik bir qardaşı var.[5] O, böyüyən ksenofobiya səbəbi ilə 1980-ci illərin əvvəlində ailəsi ilə bərabər Almaniyanın daxili sərhədini keçmiş,[6] beləcə uşaqlığını Qərbi Almaniyanın Noys şəhərində keçirmişdir.[qeyd 1] Kərim orada da ksenofobiyaya məruz qalır,[6] nəticədə 1992-ci ildə onlar Minnesota ştatının paytaxtı Sent-Pol şəhərinə köçürlər.[7]
Kərim 1997-ci ildə Sent-Pol Mərkəzi Liseyini[ing.] bitirmiş,[8][9] Urbana-Şampeyn İllinoys Universitetinə daxil olmuşdur.[8] PayPalda erkən işçi olmaq üçün məzun olmadan əvvəl universiteti tərk etdi. Kurs işinə davam etdi, kompüter elmləri üzrə bakalavr dərəcəsini aldı.[7][10] Ardından Stenford Universitetindən kompüter elmləri üzrə magistr dərəcəsi aldı.[11] Kərim ingilis dilindən əlavə, alman və banqladeş dillərini də bilir.[12]
Kərim universitetdə "Silicon Graphics"[ing.] şirkətində staj keçirdi, o, burada "Görünən insan" layihəsi[ing.] məlumatları da daxil olmaqla həcmin göstərilməsi üçün çox böyük məlumat dəstləri üçün 3D voksel məlumatların idarə edilməsi üzərində işləmişdir.[13] 2002-ci ildə "PayPal"da işlədiyi vaxt o, Çad Harli və Stiv Çen[ing.] ilə tanış olmuşdur. Onlar üç il sonra, 2005-ci ildə "YouTube" video paylaşma platformasını qurmuşdurlar.[14] Kərim 23 aprel 2005-ci ildə (Sakit okean vaxtı ilə; ümumdünya vaxtı ilə 24 aprel 2005-ci ildə[15]) "YouTube"da "jawed" adlı ilk istifadəçi hesabını yaratmış və eyni gün veb-saytın ilk videosu olan "Me at the zoo" adlı videonu platformaya yükləmişdir.[1][2]
Şirkəti təsis etdikdən sonra Çad Harli və Stiv Çen platformanın konsepsiyasını və veb-saytı inkişaf etdirdikdən sonra Kərim platformada məsləhətçi kimi fəaliyyət göstərmiş və Stenford Universitetinə kompüter elmləri üzrə magistr təhsili üçün qeydiyyatdan keçmişdir. Veb-sayt 2005-ci ilin fevralında təqdim olunduğu vaxt Kərim işçi olmamağa və sadəcə qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət göstərməyə razı olmuş və diqqətini dərslərinə yönəltdiyini bildirmişdir.[7] Nəticə olaraq Harli və Stiv ilə müqayisədə şirkətdə çox aşağı səhm almışdır.[16]
O, şirkətdəki kiçik roluna görə "YouTube"un 2006-cı ildə "Google" tərəfindən satın alınmasına qədər üçüncü qurucu ortaq olaraq ictimaiyyətdə çox tanınmırdı. Şirkətdəki səhmlərinin az olmasına baxmayaraq, satınalma hələ də kifayət qədər böyük idi və "Google"-un o zaman ki bağlanış səhm qiymətinə əsasən təxminən 64 milyon dollar dəyərində 137.443 səhm əldə etmişdir.[17]
2006-cı ilin oktyabrında Urbana-Şampeyn İllinoys Universitetində illik ACM Konfransında "YouTube"un tarixi haqqında "YouTube From Concept to Hyper growth" adlı bir mülahizə oxumuşdur. Kərim 2008-ci ilin mayında universitet tarixində 136-cı və ən gənc başlanğıc məruzəçisi kimi yenidən Çikaqo İllinoys Universitetinə[ing.] dönmüşdür.[18][19]
2008-ci ilin martında ortaqları Kit Raboa[ing.] və Kevin Harts[ing.] ilə birlikdə "Youniversity Ventures" (hal-hazırda "YVentures" olaraq bilinir) adlı bir vençur fondu qurmuşdur.[20] Kərim Airbnb-nin ilk investorlarından biri olmuş və şirkətin 2009-cu ilin aprelindəki ilkin raunduna sərmayə qoymuşdur.[21] Y Ventures həmçinin Palantir,[ing.] Reddit və Eventbrite[ing.] kimi platformalara da sərmayə qoymuşdur.[22]
Kərim müxtəlif vaxtlarda "Me at the zoo" videosunun təsvir hissəsi vasitəsilə "YouTube"un qərarlarını tənqid edir.
6 noyabr 2013-cü ildə "YouTube" videolarına şərh yazmağı "Google+" hesabı vasitəsilə mütləq hala gətirmişdir. Bu qərar "YouTube" ictimaiyyətinin böyük etirazına səbəb olmuşdur. Dəyişikliyin geriyə qaytarılması üçün onlayn bir petisiya 240.000-dən çox imza toplamışdır.[23] "Google"un bu qərarına cavab olaraq Kərim "YouTube" hesabında bunları yazmış: "Bir videoya şərh yaza bilməyim üçün nəyə görə "Google+" hesabına ehtiyacım olsun ki?" və videosunun təsvirini bu formada dəyişdirmişdir: "Mən "Google+" hesabı istəmədiyim üçün artıq burada şərh yaza bilmirəm".[24]
"Google" "YouTube" icmasının etirazlarına cavab olaraq istifadəçiləri öz gerçək adlarından istifadə etməyə məcbur etdiyinə görə açıq şəkildə üzr istəmiş, bu da "Google+"un inteqrasiyasının "YouTube" istifadəçiləri arasında populyarlıq qazana bilməməsinin səbəblərindən biri olmuşdur.[25] "Google" daha sonra "YouTube"dan başlayaraq bütün xidmətlərində "Google+" istifadəsi tələbini ləğv etdi.[26] "Google" 2018-ci ilin oktyabrında geniş istehlakçı və ya tərtibatçı qəbuluna nail ola bilmədiyi üçün "Google+"u birdəfəlik bağlayacağını açıqladı[27][28][29][30] və xidməti 2019-cu ilin 2 aprelində şəxsi hesablar üçün ləğv etdi.[31]
2021-ci ilin noyabrında "Me at the zoo" videosunun təsvirini yeniləyərək "Elə güman edirəm ki, hər bir YouTuber bəyənməmə saylarını silməyinizin axmaq bir fikir olduğu ilə mənimlə həmfikirdirlər. Təkrar cəhd et, YouTube🤦♂️." cümlələrini qeyd etmişdir.[32] Bir neçə gün sonra o, videonun təsvirini bu qərarı daha geniş tənqid etmək üçün təkrar yeniləmişdir.[33]
Der andere heißt Jawed Karim und wurde 1979 in Merseburg/DDR geboren. Sein Vater kam aus Bangladesch, seine Mutter aus dem Harz. Die Karims waren als Ausländer verpönt und wanderten deswegen 1982 in den Westen aus. In Neuss schlug ihnen wieder Fremdenhass entgegen; deshalb zogen sie in die USA