PayPal Mafiyası (ing. PayPal Mafia ) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb.[ 1] Üzvlərin qurduğu şirkətlərə Tesla Motors , Linkedin , Palantir Technologies , SpaceX , Affirm , Slide , Kiva , YouTube , Yelp və Yammer misal göstərilə bilər.[ 2] Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar.
PayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı.[ 3] [ 4] Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərin ] Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərin ] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı.[ 3] Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı.[ 4] [ 5]
PayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir:
Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.[ 6]
Maks Levsin — PayPal-ın təsisçisi və baş texnologiya direktoru.[ 7]
İlon Mask — X.com -un təsisçisi. İlon Mask daha sonra Tesla Motors -un ilk investoru, SpaceX , Neuralink , OpenAI , The Boring Company -in təsisçisi olmuşdur.[ 8] [ 9]
David Sak — PayPal-ın keçmiş COO-u, sonradan Geni.com və Yammer -i qurmuşdur.[ 3]
Rolof Bota — PayPal-ın keçmiş CFO-u, sonradan vençur kapital şirkəti olan Sequoia Capital -ı qurmuşdur.[ 10]
Stiv Çen — PayPal-ın keçmiş mühəndisi, YouTube -nin həmtəsisçisi.[ 11]
Rid Hoffman — PayPal-ın keçmiş icraçı vitse-prezidenti, daha sonra Linkedin -i qurmuşdur. Rid Hoffman Facebook , Aviary , Friendster , Six Apart , Zynga , IronPort , Flickr , Digg , Grockit , Ping.fm , Nanosolar , Care.com , Knewton , Last.fm , Ning və Technorati -nin ilkin investorudur.[ 12] [ 13] [ 14]
Ken Hoveri — PayPal-ın keçmiş maliyyə direktoru, Təsisçilər Fondunun tərəfdaşıdır.[ 15]
Çad Harli — PayPal-ın keçmiş veb dizayneri, YouTube -nin həmtəsisçisi.[ 8]
Erik Cekson — PayPal müharibələri kitabının müəllifi. WND Books -un baş icraçı direktoru, CapLinked -in həmtəsisçisi.[ 16]
Cavid Kərim — PayPal-ın keçmiş mühəndisi, YouTube -nin həmtəsisçisi. İlk YouTube videosu Me at the zoo Cavid Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənmişdir.[ 10]
Yard Kopf — PayPal-da Piter Tilin icraçı köməkçisi, Slide , HommeRun və NextRoll-un qurucusu.
Dav Makklar — PayPal-ın keçmiş marketinq direktoru, yeni şirkətlər üçün "mələk investor" və 500 Startup -un qurucusu.[ 17] [ 18]
Endrü Makkormak — Valar Ventures şirkətinin həmtəsisçisi[ 19]
Lyuk Nozi — PayPal-ın həmtəsisçisi və marketinq və strategiya üzrə keçmiş vitse-prezidenti, Təsisçilər Fondunun tərəfdaşı[ 20]
Ket Rabos — PayPal-ın keçmiş icraçı direktoru. Daha sonra Linkedin, Slide, Square, Khosla Ventures-də işləmişdir. Hazırda Təsisçilər Fondunun tərəfdaşı və Tokbox, Xoom, Slide, Linkedin, Geni, Room 9 Entertainment, YouTube və Yelp-in profesional investoru.[ 10]
Cek Selbi — PayPal-ın korporativ və beynəlxalq inkişaf üzrə keçmiş vitse-prezidenti. Piter Tillə birlikdə Clarium Capital-ın həmtəsisçisi. Sonradan Grandmaster Capital Management-in idarəedici direktoru olmuşdur.[ 21]
Primal Şah — PayPal-ın keçmiş məhsul meneceri, Kiva.og -un təsisçisi və prezidenti.[ 4]
Rassel Simons — PayPal-ın keçmiş mühəndisi, Yelp şirkətinin həmtəsisçisi. [ 10]
Ceremi Stoppelman — PayPal-ın texnologiya üzrə keçmiş vitse-prezidenti, Yelp şirkətinin həmtəsisçisi.[ 22] [ 23] [ 24]
Yişan Vonq — PayPal-ın keçmiş menecerlik mühəndisi. Daha sonra Facebook -da işlədi və Reddit -in baş icraçı direktoru.[ 25] [ 26]
↑ Staff Writer. "David Sacks: Biography" . Wall Street Journal. avqust 22, 2014 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: avqust 30, 2013 .
↑ Harris, Duke. "PayPal finally poised to enter Web 2.0" . San Jose Mercury News. 22 oktyabr 2009. 2016-01-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ 1 2 3 Helft, Miguel. "It Pays to Have Pals in Silicon Valley" . The New York Times. 17 oktyabr 2006. 2021-05-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ 1 2 3 O'Brien, Jeffrey M. "Meet the PayPal mafia" . CNN.com. 26 noyabr 2007. 2008-07-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 4 dekabr 2009 .
↑ "Thiel, Levchin and the PayPal Mafia" . Fortune. 15 noyabr 2007. 3 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib .
↑ Rachel Rosmarin. "The PayPal Exodus" . Fortune. 12 iyul 2006. 2021-01-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ O'Brien, Jeffrey M. "Meet the PayPal mafia" . CNN Money. noyabr 26, 2007. avqust 29, 2013 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: avqust 13, 2013 .
↑ 1 2 "Why Elon Musk isn't in Fortune's PayPal Mafia picture" . Valleywag. 2009-01-24 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 16 iyul 2017 .
↑ Ari Levy. "' PayPal Mafia' Gets Richer: Yelp and Facebook's IPOs will give another boost to Silicon Valley's influential PayPal alumni" . Bloomberg BusinessWeek. 21 fevral 2012. 2012-02-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ 1 2 3 4 "The PayPal Mafia: Who are they and where are Silicon Valley's richest group of men now?" . The Daily Telegraph . 2014-09-22 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-09-23 .
↑ "Steve Chen Biography" . A&E Television Networks. 2 aprel 2014. 2016-05-06 tarixində arxivləşdirilib . İstifadə tarixi: 28 noyabr 2016 .
↑ J.J. Colao. "Aviary is Quietly Cornering a Billion-Dollar Market" . Forbes. 2 mart 2012. 2021-01-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ "Tagged.com" . Tagged.com. 2011-04-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 31 avqust 2013 .
↑ Scott Duke Harris. "Greylock raises $575M fund, adds LinkedIn's Hoffman as partner" . San Jose Mercury News. 2 noyabr 2009. 2016-01-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ "Ken Howery « Founders Fund" . Foundersfund.com. 11 avqust 2015 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 31 avqust 2013 .
↑ "Secure.caplinked.com" . Secure.caplinked.com. iyul 8, 2011 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: avqust 31, 2013 .
↑ "Dave McClure Hits 500" . BusinessInsider. 27 iyun 2013. 2019-11-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ "Where Are They Now? The PayPal "Mafia" Is More Powerful Than Ever" . BusinessInsider. 2015-07-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ "Andrew McCormack Partner" . Valar.com. sentyabr 23, 2014 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: sentyabr 19, 2014 .
↑ "Luke Nosek « Founders Fund" . Foundersfund.com. sentyabr 16, 2013 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: avqust 31, 2013 .
↑ Brehse, Tami. "The 'PayPal Mafia' formed in the early 2000s, and includes everyone from Elon Musk to the Yelp founders. Here's where the original members have ended up" . Business Insider. 2019-11-24. 2020-07-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-08-11 .
↑ "More PayPal Mafia Mugshots" . ValleyWag. 18 fevral 2010 tarixində orijinalından arxivləşdirilib .
↑ Dan Fost. "The Coffee Was Lousy. The Wait Was Long" . The New York Times. 21 may 2008. 22 January 2021 tarixində arxivləşdirilib . İstifadə tarixi: 31 March 2022 .
↑ Sarah Lacy. "Something to Yelp About" . Bloomberg BusinessWeek. 7 aprel 2008. 2010-01-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-03-31 .
↑ "How did Yishan Wong get recruited to PayPal?" . Quora.
↑ Granato, Andrew. "A look at the PayPal Mafia's continued impact on Silicon Valley" . VentureBeat. 2019-01-13. 2022-07-09 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-08-11 .