Medison skver

Medison skver (ing. Madison Square) — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti26-cı küçə ilə sərhədlənib.

Medison skver
ing. Madison Square
2005-ci ildə qarla örtülmüş Medison skver
2005-ci ildə qarla örtülmüş Medison skver
Məlumatlar
Ölkə
Yerləşməsi Manhetten, Nyu-York şəhəri, Nyu-York ştatı, ABŞ
Sahəsi 2,75 ha
Saytı madisonsquarepark.org
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü.[1] XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı.

meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit VartonVinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu. İki il sonra skverin qarşısında, 1908-ci ildə sökülən nüfuzlu Beşinci Prospekt hoteli açıldı. 1870-ci ildə şəhər parkları və istirahət yerləri departamentinin təsis edilməsi ilə meydan əhəmiyyətli dərəcədə əsilləşdirilmişdir. Beləliklə, burada Vilyam Sivard, Roskou Konklinq,[2] Çester Artur kimi siyasətçilər və admiral Devid Farraqutun heykəlləri ucaldıldı. İşlər İqnaz Pilatın rəhbərliyi altında aparılmışdır.[3] 1876-cı ildə Medison skverdə ABŞ Konstitusiyasının imzalanmasının yüz illiyi qeyd edildi,[1] 1889-cu ildə isə Corc Vaşinqtonun inaqurasiyasının yüz illiyi.[4]

Meydanın şimal-şərqindəki Medison prospekti ilə 26-cı prospektin kəsişməsində müxtəlif vaxtlarda dəmir yolu deposu, cıdır meydanı, eləcə də Medison Skver Qardenin 1879 və 1890-cı illərdə tikilmiş ilk iki binası var idi.

20-ci əsrin əvvəllərində skverə bitişik rayonlarda sığorta şirkətləri və oyuncaqlar və farfor istehsal edən şirkətlər peydə oldu. Belə ki, 1928-ci ildə Medison prospekti 51 ünvanında Nyu-York Layf Bildinq inşa edildi, hansı ki bu günə qədər New York Life Insurance Company-nin baş ofisi. Fasadı skveri görən digər diqqətəlayiq bina 1902-ci ildə inşa edilmiş Fletayron binasıdır.

  1. 1 2 "Madison Square Park Highlights" (ingilis). NYC Parks. 2013-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-06.
  2. Michelle Nevius, James Navius. Gramercy Park, Madison Square, and Chelsea // Inside the Apple: A Streetwise History of New York City. N. Y.: Free Press. 2009. 322. ISBN 978-1-4165-8997-6.
  3. Norval White, Elliot Willensky, Fran Leadon. Madison Square Park // AIA Guide to New York City (5). Oxford University Press. 2010. L63. ISBN 0199758646.
  4. Benjamin, 1894. səh. 45
  • Joyce Mendelsohn. Madison Square // The Encyclopedia of New York City (2). Yale University Press. Kenneth T. Jackson, Lisa Keller, Nancy Flood. 2010. 779–780. ISBN 0300182570.
  • Edwin G. Burrows, Mike Wallace. Gotham:A History of New York City to 1898. The History of NYC Series. N. Y.: Oxford University Press. 2000. ISBN 978-0-19-514049-1.
  • Marcus Benjamin. A historical sketch of Madison square. N. Y.: Meriden Britannia company. 1894.